Mediaya demokratik münasibət
26.07.2023 [11:05]
Milli mətbuatın qarşısında duran vəzifələr
Günel ABBASOVA
Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi və öz əzəmətini, kimliyini, mənliyini dünyaya göstərdi. Milli mətbuatımızın yaranmasının 148-ci ildönümünə təsadüf edən bu beynəlxalq tədbirə dünyanın 50-yə yaxın ölkəsindən 250 nəfər media təmsilçisinin qatılması Qlobal Media Forumuna beynəlxalq marağın kifayət qədər yüksək olduğunu göstərdi.
Dövlətimizin başçısı İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur. Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir.
“Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Azərbaycan mətbuatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, “İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Prezident bütün 30 ilə yaxın bir müddət ərzində üzləşdiyimiz işğal faktının mətbuatımız tərəfindən daim diqqət mərkəzində saxlanmasını yüksək qiymətləndirərək bildirdi ki, mediamız gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında böyük rol oynayıb.
Jurnalistlərin müxtəlif məzmunlu suallarına özünün dərin biliyi, geniş zəkası, dəmir məntiqi və tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər bölgədə, istər regionda, istərsə də dünyada baş verən prosesləri hərtərəfli şərh etdi, Azərbaycanın dünyada yerini və rolunu göstərdi və əhəmiyyətini anlatdı. Sübut etdi ki, ölkəmiz dünya üçün son dərəcə vacib ölkə və etibarlı tərəfdaşdır, həmçinin sülh və sabitliyin tərəfdarıdır. Təbii ki, ölkəmiz bütün bu uğurlara Prezident
İlham Əliyevin rəhbərliyi sayəsində imza atıb. O, ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.
Mediada sağlamlaşma prosesi - ölkə rəhbərliyi razıdır
Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələrin önəmi bu gün daha aydın görünür və Avropanın üzləşdiyi enerji böhranında xilaskar rolunu oynayır. Həmçinin Qoşulmama Hərəkatının sədri olaraq Prezident İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib.
Dünya miqyasında diqqət çəkən belə bir tədbirin məhz Şuşa şəhərində keçirilməsinin özü də mühüm bir hadisədir. Dünyanın aparıcı mətbuat vasitələrinin nümayəndələrini Şuşaya dəvət etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində müharibədən sonrakı mövcud vəziyyət haqqında obyektiv informasiyaların beynəlxalq miqyasda yayılmasına şərait yaratdı. Dünyamiqyaslı nüfuzlu KİV-lərin nümayəndələri Laçın yolunun başlanğıcından reportajlar yayımladı və Qarabağ ərazisində yaşayan ermənilərin heç də iddia edildiyi kimi blokada şəraitində olmadığını öz auditoriyalarına çatdırdılar. Müxtəlif ölkələrin mətbuatında və bir sıra beynəlxalq siyasi platformalarda Ermənistan tərəfindən ölkəmiz haqqında məqsədli şəkildə yayımlanan saxta məlumatlar bu Forum çərçivəsində əyani şəkildə təkzib olundu. Bütün imkanlarını ölkəmiz haqqında saxta informasiyalar yaymaqla Azərbaycanın imicinə xələl gətirməyə çalışan Ermənistan siyasətçilərinin və jurnalistlərinin yalanları növbəti dəfə tutarlı dəlillərlə ifşa olundu.
Azərbaycan mediasının bugünkü inkişaf meyillərindən razı qaldığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan mediası çox böyük işlər görür. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Azərbaycan Prezidenti öz çıxışında milli mətbuatımızın qarşısında duran vəzifələri belə xarakterizə etdi: “Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik”.
Ölkə rəhbəri sosial mediaya olan tələbata da diqqət çəkərək bildirib ki, ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri sosial mediadan öyrənir. Xüsusilə Azərbaycan kimi ölkədə insanın 24 saat işləməli olduğunu, istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır olmalı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən cəmiyyətin nəbzini hiss etmək olmur. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələr və mənə məruzə edilməmiş bəzi hadisələr, istər bürokratik maneələr və ya bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub və ya mən digər məsələlərlə məşğul olmuşam, hətta mənim nəvələrim mənə müəyyən məlumatlar verirlər”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

