İcma: Nikol Paşinyanın Ermənistanın etnik təmizləməsinə haqq qazandırması qəbuledilməzdir
25.07.2023 [19:13]
Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Brüssel sülh prosesi çərçivəsində, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması məsələsinə baxılması haqqında danışdı. O, insan hüquqları məsələsində etnik əsasda ayrı-seçkilik və dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən yanaşma nümayiş etdirdi. Baş nazir Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları məsələsi ilə müqayisə edilə bilməyəcəyini iddia etdi.
Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinin səsləndirdiyi iddialara münasibət bildirib.
Bununla bağlı verilən açıqlamada deyilir: "İlk növbədə, qeyd edək ki, Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu təmin etmək Ermənistan hökumətinin borcudur. Ermənistan hökumətinin bu ölkənin ərazisindən azərbaycanlıların hamısını qovduğu halda, Azərbaycanda yaşamaqda olan ermənilərin hüquqlarından dəm vurması ən böyük riyakarlıq və naşılıqla ört-basdır edilmiş ərazi iddiasıdır.
Azərbaycanın özünün Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara və onların hüquqlarını qorumağa hazır olduğu kimi, Ermənistan hökuməti də Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, bizim qayıdış hüququmuzu və qayıtdıqdan sonra hüquq və təhlükəsizliyimizi təmin etməlidir.
Baş nazir Paşinyanın insan haqları məsələsində Ermənistandan qovulmuş azərbaycanlıları Azərbaycan ərazisində yaşamaqda olan ermənilərdən fərqləndirməsi hüquqazidd və təhlükəli yanaşmadır. Hamıya məlumdur ki, burada yeganə fərq azərbaycanlıların öz evlərində yaşamaqdan məhrum olmasıdır ki, bu da Ermənistana heç bir başucalığı gətirmir. Ermənistanın baş nazirinin ölkəsinin törətmiş olduğu etnik təmizləmə kimi insanlıq əleyhinə cinayətin nəticələrinə mötəbər bir arqument kimi istinad etməsi onun insan hüquqları və demokratiya məsələsində qeyri-səmimi olduğunu və monoetnik siyasəti davam etdirdiyini sübut edir.
Qərbi Azərbaycan İcması baş nazir Paşinyanın bu yanaşmasını sərt şəkildə qınayır və ondan mütləq dəyər olan insan hüquqlarına qeyd-şərtsiz hörmət etməyi və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan yaratmağı tələb edir".
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

