Mirzoyanın “ağ yalanı”...
25.07.2023 [11:29]
Nardar
Ermənistanın təşəbbüsü ilə keçirilən ATƏT Daimi Şurasının iclasında Ararat Mirzoyan Azərbaycana qarşı bir sıra əsassız iddialarla çıxış edib. Xüsusilə, o, Laçın yolu ilə bağlı növbəti dəfə yalan danışıb, guya Azərbaycanın Qarabağın erməni əhalisini blokadaya aldığını söyləyib. Mirzoyan “məzlum erməni” obrazı yaratmağa çalışaraq beynəlxalq ictimaiyyətdən “dəstək” istəyib.
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli isə çıxışında A.Mirzoyanın yalanlarını ifşa edib. R.Sadıqbəyli bildirib ki, 2023-cü il iyunun 15-də Laçın sərhəd nəzarət buraxılış məntəqəsindən sərbəst gediş-gəlişi həzm edə bilməyən Ermənistan növbəti hərbi təxribata əl atıb, keçid məntəqəsi istiqamətində atəş açılıb və nəticədə bir Azərbaycan sərhədçisi yaralanıb. Səfirin sözlərinə görə, erməni qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin istifadə etdiyi yolu atəşə tutması məsuliyyətsiz addım olmaqla yanaşı, bu yoldan istifadə edən mülki əhalinin həyatını təhlükəyə atır və onların keçidinə mane olur: “Bu təxribatın yaratdığı ciddi təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi məqsədlər üçün keçid məntəqəsinin fəaliyyətini bərpa edib. Bununla belə, Laçın yolundan qeyri-qanuni fəaliyyət üçün sui-istifadə etmək cəhdləri dayanmır. Belə ki, 2023-cü il iyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti BQXK-nın avtomobillərində müxtəlif növ malların qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdlər edilib və bunun da buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirilib. Bu hadisələrlə bağlı açıqlama yayan BQXK-nın bu faktı təsdiqləməsi bir daha nümayiş etdirdi ki, yol boyu şəffaflığın təmin edilməsi üçün nəzarət-buraxılış məntəqəsinin yaradılması əslində gecikmiş bir tədbirdir”.
Səfir onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli son qərarı Ermənistanın Azərbaycan tərəfindən sərhəddə keçid məntəqəsi yaratması ilə bağlı iddialarını mahiyyətcə rədd edib: “Azərbaycan öz suveren hüququ çərçivəsində bu keçid məntəqəsini sərhəddə quraşdırmaq üçün hərəkət edib”. Rövşən Sadıqbəyli diqqətə çatdırıb ki, Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi. “Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb. Sərhəd-buraxılış məntəqəsinin yaradıldığı tarixdən - aprelin 23-dən indiyədək Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı cəhdlərə və yalan təbliğata baxmayaraq, 1927 nəfər buraxılış məntəqəsindən istifadə edərək sərhədi keçib”, - deyə səfir vurğulayıb.
Ermənilərin yaratmağa çalışdıqları “blokada” mifi yalan və əsassız iddialardır. Azərbaycan tərəfinin həmin məntəqədə Qarabağın erməni sakinləri ilə davranışlarını özündə əks etdirən videogörüntülər var - eyni zamanda, ermənilərin müsahibələri də təsdiqləyir ki, dövlət strukturlarmızın əməkdaşları ermənilərlə ən yüksək səviyyədə rəftar edirlər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

