Rusiya tamamilə təklənə bilər
21.07.2023 [11:55]
Günel ABBASOVA
"Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçiliyinin ən böyük uğurlarından biri “taxıl sazişi”nin reallaşmasıdır. Son dövrlər müşahidə edirik ki, Rusiya “taxıl sazişi”nin müddətini uzatmaq istəmir. Bu sövdələşmədən çıxmaq haqqında qərar qəbul edib. Təbii ki, bunun Moskva üçün öz səbəbləri var, lakin rəsmi Kiyev Rumıniya və Bolqarıstan suları vasitəsilə taxıl tədarükünün yeni marşrutunu təklif edib. Bu, alternativ bir taxıl yoludur və əsas məqsəd dünyanın ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də tədarük zəncirlərinin qırılmamasıdır. Lakin bu yolun nə qədər uğurlu olacağı Kiyevin partnyorlarından, dünyada gedən proseslərin təsirindən asılı ola bilər. Alternativ marşrutun işə düşməsi əlbəttə ki, zamana bağlıdır. Bu marşrut işə düşərsə, problemlərin qarşısını müəyyən qədər almaq mümkün olar”.
Bu fikirləri politoloq İlyas Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Beləliklə, BMT, Türkiyə, Rusiya və Ukrayna arasında işbirliyinin ömrü bir il olmadan başa çatdı. Ölkəsinin “taxıl müqaviləsi”ndən çıxıdığını bəyan edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sazişin Rusiyaya aid hissəsi yerinə yetirilsə, Moskva dərhal bu sövdələşmənin icrasına qayıdacaq. Çünki Rusiya beynəlxalq münasibətlər sistemində tam təcrid vəziyyətinə düşmək istəmir. Məsələ ondan ibarətdir ki, Rusiya beynəlxalq aləmdə əsas dəstəyini Afrika, Latın Amerikası və Asiya ölkələrindən alırdı. Əgər bu regionlardan olan ölkələrin dəstəyini itirərsə, Rusiya tamamilə təklənə bilər.
Afrika, Latın Amerikası və Asiya ölkələri isə çörək istehsalı üçün taxılı ən ucuz qiymətə Ukraynadan alır. İ.Hüseynov bildirib ki, əgər Rusiya bu ölkələri çörəklə imtahana çəkərsə, o zaman onlar Moskvadan üz çevirə bilərlər: “Bu isə Rusiyanın beynəlxalq münasibətlərdə tamamilə təklənməsinə səbəb olar. Rusiya diplomatiyası bu ehtimalın qarşısını almaq üçün Ukrayna taxılının çox az hissəsinin humanitar yük olaraq yoxsul ölkələrə göndərildiyini, çox böyük qisminin kommersiya şərtləri əsasında satıldığını vurğulamağa çalışır.
Politoloq qeyd edib ki, Rusiyanın sazişdən ayrılması Kremlə qarşı daha ciddi və sərt tədbirlərin görülməsini şərtləndirəcək: “Şübhəsiz ki, taxıl dəhlizindən Rusiyanı çıxması ilə dünya yeni iqtisadi böhrana, ərzaq təhlükəsizliyi problemlərinə və digər böhranlara qədəm qoya bilər. Burada ən əsas geopolitik aktor olaraq Ankaranın rolu güclənir. Rusiyanın taxıl sazişinə qaytara biləcək dövlət yalnız Türkiyədir. Mənə elə gəlir ki, bunu hər kəs anlayır və qəbul edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik səriştəsi, diplomatik səyləri, təşəbbüsləri hər zaman regional sülhün gücləndirilməsinə xidmət edib, regional əməkdaşlığı təşviq edib və beynəlxalq sülhü möhkəmləndirib. Düşünürəm ki, Rusiya çox ciddi qərar qəbul etməlidir. Bir tərəfdən ərzaq təhlükəsizliyi ilə bağlı problemlər yaranır, eyni zamanda. Qərbin Rusiyaya qarşı çox sərt tədbirləri nəzərdə tutulur. Bütün bunların səbəbi isə sövdələşmədən çıxmaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

