Geomaqnit qasırğası nədir və hansı zərərləri var?
18.07.2023 [11:15]
M.BAYRAMLI
İyulun 16-sı axşam saatlarından başlayaraq G1 (zəif) səviyyəli geomaqnit qasırğası qeydə alınıb. Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Günəş küləyinin sürəti 17-19 iyul tarixlərində yenidən yüksələcək.
Son zamanlar mütəmadi olaraq bu kimi geomaqnit qasırğasının baş verməsi barədə informasiyalar yayılır. Görəsən, tez-tez eşitdiyimiz geomaqnit qasırğası nədir və niyə baş verir? Onun hansı zərərləri var?
Statistika göstərir ki, maqnit fırtınaları zamanı təcili yardım çağırışlarının sayı təxminən 20 % artıb. Eləcə də ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) G1 (zəif) səviyyəli geomaqnit qasırğasının Yerə təsir göstərə biləcəyini açıqlayıb. Qeyd olunub ki, bu proses kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir. Belə ki, insan plazmasında ionların hərəkəti çoxdur. Maqnit fırtınaları da ionların artıb-azalmasına birbaşa təsir edir.
Baş ağrıları, yüksək təzyiq, ürək döyüntüləri...
Mövzu ilə bağlı yeniazerbaycan.com-a danışan terapevt-həkim Rasimə Əhmədova deyir ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Onun sözlərinə görə, proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır: “Belə günlərdə bol-bol maye, eləcə də bitki çaylarını qəbul edin. Spirtli içkilərdən və tütün məhsullarından, habelə enerji içkilərindən uzaq durun. Gün ərzində yürüyüşlər edin, qida rasionunuzdan çox yağlı yeməkləri çıxarın. Yuxu rejiminizə diqqət edin, 7 saatdan çox yatmayın. Bir sözlə, meteoroloji dəyişikliklərə dözümlü olmaq üçün immun sistemini də möhkəm saxlamaq lazımdır”.
Qeyd olunub ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18

