Piyada gəzmək...
15.07.2023 [12:40]
Sağlamlığın əsas şərtlərindən biridir
Oturaq həyat tərzi müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə yaradan səbəblərdən sayılır. Təəssüflər olsun ki, indi qısa məsafələri belə avtomobil və ya ictimai nəqliyyatla getməyə üstünlük verənlər də tapılır. Halbuki piyada gəzmək insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək daha çox vacibdir.
Gündəlik 10.000 addım
Britaniyalı alimlərin fikrincə, az hərəkətli həyat tərzi oynaq, sümük və əzələləri zəiflədir. Araşdırmalara görə, insanlar günün 50-70 faizini oturaq keçirir. Bu isə yalnız bel üçün zərərli deyil, həm də diabet və ürək xəstəlikləri riskini artırır. Uzunömürlülüklə oturmaq arasında əlaqəni tapmaq istəyən amerikalı alimlərin araşdırması da maraqlı nəticələri ortaya çıxarıb. Onların gəldiyi qənaət belə olub ki, kişilərdə əyləşmə ömür uzunluğunu azı 20 faiz azaldır. Məlumata görə, inkişaf etmiş sənaye ölkələrində insanlar gündəlik ortalama 1000 addım atırlar. Bu, təqribən 650 metr məsafə qət etmək deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxşı formada qalmaq istəyənlər üçün gündəlik 10 000 addım atmağı tövsiyə edir. Bu, 7 kilometrlik məsafəyə bərabərdir. Mütəxəssislər sürətlə yeriməyi və az ara verməyi məsləhət görürlər.
Havaların isti keçməsi isə piyada gəzintilərinin saatını da gecikdirir - hər kəs axşam saatlarında gəzməyə üstünlük verir. Amma burada bir sıra fikir veriləsi məqamlar var. Məsələn, düzgün qidalanma kimi... Xüsusilə yay aylarında düzgün qidalanma digər sağlamlıq qaydalarına əməl etməyin əsas təməl şərtidir - yeməkdən əvvəl, yoxsa sonra piyada gəzmək kimi sualları formalaşdırır. Eyni zamanda, hans? saatlarda yürüş etmək daha xeyirdir?
Yeməkdən sonrakı gəzinti
Sualımızı cavablandıran terapevt-həkim Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yeməkdən sonra gəzinti qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir, sağlamlığa müsbət təsir göstərir. Həkim qeyd edib ki, gəzinti zamanı qarın əzələləri hərəkət edir. Bu səbəbdən tənəffüs bir qədər dərinləşir, çəpər əzələlərinin yuxarı və aşağı hərəkətləri güclənir, qarın divarı əzələlərinin mədə-bağırsaq traktına “masaj təsiri” həzm orqanlarının qan dövranını gücləndirir: “Mədə-bağırsaq hərəkətliliyi artır və həzm yaxşılaşır. Təmiz havada gəzinti yeməkdən sonra faydalıdır, bu zaman kalorilər əriyir. Bir çoxları əmindirlər ki, bu, belə də olmalıdır. Ancaq yeməkdən dərhal sonra edilən gəzinti faydadan çox zərər verə bilər. Yaxşı olardı ki, heç olmasa yeməkdən 15 dəqiqə sonra yürüş edilsin, necə deyərlər, yemək bir az həzm olunsun. Masa arxasından dərhal durub gümrah şəkildə yürümək həzm etməmə, turşu reflyuksu və mədə xorası xəstəliklərinə səbəb ola bilər”.
Stress və gərginliyi aradan qaldırır
Ş.Məmmədovun sözlərinə görə, sürətli və cəld yeriş əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin yığılmasına imkan vermir. Həkim vurğulayıb ki, piyada gəzmək ürək-damar sistemi üçün daha çox faydalıdır: “Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı qidalanır. Əhvalın xoş olması, stressin və gərginliyin aradan qaldırılması üçün də gəzinti ən yaxşı vasitədir.
Piyada gəzinti orqanizmdə tənəffüs və qan-damar sisteminin işini yaxşılaşdırır, qanda xolesterinin və şəkərin səviyyəsinin azalmasına səbəb olur. Şəkərli diabet xəstələrinin profilaktikası və müalicəsində çox müstəsna əhəmiyyət daşıyır. Sümük-dayaq sistemi və oynaqların funksiyasını yaxşılaşdırır”.
Addımlarınızın sayına fikir verin...
Terapevt qeyd edib ki, gəzinti zamanı addımların sayına fikir vermək lazımdır. Yaşa, cinsə və sağlamlıq vəziyyətinə görə addımların sayını azaltmaq və artırmaq olar: “Gəzinti dörd sürətlə aparılır. Dəqiqədə 60-70 addım yavaş, 70-90 addım orta, 90-110 addım yüksək, 110-130 addım atmaqla olan gəzinti çox yüksək sürətli hesab olunur. Gəzinti zamanı tənəffüsün normal olmasına fikir vermək lazımdır. Çalışmaq lazımdır ki, gəzinti təngnəfəsliyə və ağrıya səbəb olmasın”.
Axşam gəzintisinin faydaları
Ş.Məmmədov həmçinin bildirib ki, axşam gəzintisi sağlam və dərin yuxuya yaxşı kömək edir: “Yaradıcı insanlar üçün bu, xüsusilə vacibdir. Çünki gəzinti zamanı daha dərindən düşünmək mümkündür. Müntəzəm olaraq gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizmdə baş verən müsbət dəyişikliklərin şahidi olmaq mümkündür”.
Bir sözlə, sağlam həyat tərzi piyada gəzməkdən keçir desək, yəqin ki, yanılmarıq. Piyada gəzmək insan həyatını çətinləşdirməyən, bədəni yormayan, hər yaşa uyğun idman növüdür. Sıx iş rejimi, ictimai nəqliyyat problemləri insanları tənbəlləşdirir. Gündə ən azı 30 dəqiqə sürətlə gəzmək sağlamlığa güc qatır. Piyada gəzməyin ətraf mühit üçün faydası isə ondan ibarətdir ki, bu zaman nəqliyyat vasitələrindən istifadə azalır. Bu isə havaya zəhərli qazların buraxılmasını minimuma endirir, ekologiyanın çirklənməsinin də qarşısını alır.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

