Növbədənkənar sessiyanın son iclasında...
15.07.2023 [11:51]
Sessiya ərzində 90 layihə qəbul edilib
Günel ABBAS
İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxil edilib.
Əvvəlcə deputatlar cari məsələlər ətrafında çıxış ediblər. Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır: “Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur”.
Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb: “Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.
Deputat Vüqar İskəndərov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndi şöbəsinin fəaliyyəti, nə beynəlxalq hüquqa, nə də komitənin özünün nizamnaməsinə uyğundur: “150 ildən çox yaşı olan həmin təşkilat münaqişə qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsini qarşısına məqsəd qoymasına baxmayaraq Azərbaycana gələnlər münaqişə qurbanlarını kənara qoyub, münaqişə törədənlərlə əlbir olub qaçaqmalçılıqla məşğul olur. Təşkilat unudur ki, Azərbaycanın suveren ərazisində fəaliyyət göstərir. Hələ də ərazimizə irəvanlılar gəlib-gedir. Rəsmi Bakı dəfələrlə təşkilata fəaliyyətini ölkəmizlə koordinasiya şəkildə olmasını deyib. Onlara Xankəndi və digər yerlərə Bakıdan gəlib-getmələri bildirilib. Təəssüf ki, hələ də bu təşkilat həmin təklifləri qulaqardına vurur. Ümid edirik ki, qanunazidd hərəkət edənlərə qarşı ölçü götürüləcək. Unutmasınlar ki, qanunu pozanlar cəzalarını mütləq alacaqlar”, - V.İskəndərov əlavə edib.
Deputat Fazil Mustafa qeyd edib ki, Minatəmizləmə işləri ilə məşğul olan şəxslərin həyati sığorta məsələsində müstəsna qaydalar qəbul edilməlidir: “Mina təmizlənməsi ən çətin sahələrdən biridir. Hesab edirəm ki, onlara yubiley medalları verməkdən əlavə, həyati sığorta məsələsində müstəsna qaydaların qəbulu önəmlidir. Çünki onların həyatları daim təhlükə altındadır”, - deputat əlavə edib.
Sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə), “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
“Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi (üçüncü oxunuş), “Dövlət satınalmaları haqqında” qanun layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsvermə yolu ilə təsdiqlənib.
Sonda sədr çıxış edərək bildirib ki, həm iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı: “Sessiyanın yekunları ilə bağlı bildirmək istəyirəm ki, bu dövrdə Milli Məclisin 9 iclası keçirilib, 90 qanun və qərar qəbul edilib. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən dövlət siyasətini qanunvericilik sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu növbədənkənar sessiyada yerinə yetirib. İyulun 14-də Ulu Öndərin 1969-cu ildə Azərbaycanda ilk dəfə ali hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Bu haqda hörmətli həmkarlarım söz açdılar. Məhz o illərdə Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub. Azərbaycanın başladığı bu uğurlu yol Ulu Öndərin xidmətləri sayəsində dövlət müstəqilliyi dövründə davam etdirilib.
Bu dahi şəxs, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasında daha bir xüsusi iclas keçirilib və Bəyanat qəbul olunub”.
Spiker qeyd edib ki, növbədənkənar sessiya dövründə Milli Məclisdə iki dinləmə keçirilib. Onlardan biri ölkəmizdə uşaq hüquqlarına, digəri isə Qərbi Azərbaycanın tarixi və mədəni irsi ilə bağlı məsələlərə həsr edilib.
Eyni zamanda, qeyd edim ki, sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb. İyun ayının 6-dan bu günə qədər, yəni bir ay 8 gün ərzində Milli Məclisin 39 deputatı 16 xarici ölkəyə 51 səfər həyata keçirib. 7 xarici ölkənin və 3 beynəlxalq təşkilatın nümayəndə heyətləri Milli Məclisdə qəbul edilib. Həmçinin, bizim deputatlar Özbəkistanda keçirilmiş Prezident seçkilərini müşahidə ediblər”.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Beləliklə, Milli Məclisin deputatları tətilə çıxıb. Qeyd edək ki, Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29

