İnamlı qələbə
11.07.2023 [10:34]
Hazırkı dövlət başçısı Şavkat Mirziyoyev Özbəkistanda keçirilən növbədənkənar Prezident seçkilərində 87,5 faiz səslə qələbə qazanıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilib. Sitat: “İlkin məlumata görə, Şavkat Mirziyoyevə 13 milyon 625 min 55 nəfər və ya səsvermədə iştirak edən seçicilərin 87,5 faizi səs verib”.
Qeyd edək ki, Şavkat Mirziyoyev 1989-cu ildən ölkəyə rəhbərlik edən Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra 2016-cı ildə dövlət başçısı seçilib. 2021-ci ildə o, 80,12 faiz səslə növbəti prezident seçkilərinin qalibi olub. Ekspertlər Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkilərində inamlı qələbəsini son illərdə onun rəhbərliyi ilə Özbəkistanın daxili və xarici siyasətdə qazandığı uğurlarla əlaqədar olduğunu bildirirlər. Ş. Mirziyoyevin siyasi iradəsi əsasında ölkədə əhatə dairəsi kifayət qədər geniş olan siyasi və iqtisadi məzmunlu islahatlar aparılıb. İslahatların ardıcıl şəkildə reallaşdırılması sayəsində dost Özbəkistan bütün sahələrdə inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin iyununda Özbəkistana uğurla baş tutan dövlət səfəri çərçivəsində keçirilən tədbirlərdə dost ölkənin Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atdığını məmnunluqla qeyd etmişdi. “Mənim bugünkü dövlət səfərim təkcə bizim niyyətlərimizin təsdiqi deyil, həm də qardaşlıq, dostluq münasibətlərimizin möhkəm təməlinin təsdiqidir. Özbəkistanda Heydər Əliyevin özbək xalqına, Özbəkistana münasibətini çox yaxşı bilirlər. Bu gün biz mənim qardaşım Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə çox şadıq. Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Biz bütün bunları görürük və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinirik”, - deyə dövlətimizin başçısı Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən bildirib.
Dost özbək xalqı seçkilərdə növbəti dəfə Şavkat Mirziyoyevə etimad göstərməklə ölkədə inkişafın, başlanan müsbət dəyişikliklərin ardıcıllığının təmin olunmasını istəyir. Bu cəhəti Prezident İlham Əliyev iyulun 10-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə açdığı telefon zəngində xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.
Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.
Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.
Azərbaycanla Özbəkistan arasında getdikcə genişlənən münasibətlər ilk növbədə çoxvektorlu olması ilə diqqət çəkir. Təqdirəlayiq haldır ki, ölkələrimizin daha da yaxınlaşmasına həm dövlətlər və liderlər güclü siyasi iradə sərgiləyirlər, həm də buna cəmiyyətlər səviyyəsində böyük istək var. İki ölkə arasında siyasi dialoq öz intensivliyi ilə səciyyələnir. Liderlərin qarşılıqlı səfərləri müntəzəm hal alıb. Onlar müxtəlif platformalarda tez-tez görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı aktual müzakirələr aparırlar. Eyni zamanda, siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da genişlənir. Özbəkistan ilə ticarətimizdəki 64 faizlik artım birgə dövriyyəmizi 111 milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artırıb.
Ötən ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana baş tutan uğurlu dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”ni imzalayıblar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında sənədin qlobal xarakter daşıdığını deyərək vurğulayıb ki, bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir.
Qeyd edək ki, həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Özbəkistan 57,9, Azərbaycan isə 48 milyard dollar həcmində nominal ümumi daxili məhsula malikdirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə, Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Son vaxtlarda regionda cərəyən edən geosiyasi proseslər Avropadan və Asiyadan olan ayrı-ayrı ölkələrin, transmilli şirkətlərin diqqətini Orta Asiyadan və Cənubi Qafqazdan keçən multimodal dəhlizə cəlb edib. Azərbaycan və Özbəkistan bu marşrutda mühüm halqaları təşkil edirlər.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30

