Milli Məclisin plenar iclasında...
07.07.2023 [10:55]
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişiklik təsdiqləndi
Hərbi doktrinaya dəyişiklik təklif edildi
Günel ABBAS
İyulun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 49 məsələnin müzakirəsi daxil edilib.
Təklif: Azərbaycanın Hərbi doktrinasına dəyişiklik etmək lazımdır
Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, Azərbaycanın hərbi təhlükəsizliyinə olan təhdidlərin xarakteri dəyişib: “Bu, Azərbaycanın iradəsi və gücü sayəsində dəyişdi. Azərbaycan Cənubi Qafqaz regionunda regional təhlükəsizlik sisteminin qurulması missiyasını öz üzərinə götürüb. Azərbaycanın Hərbi doktrinasında bu məqamın ayrıca göstərilməsi vacibdir. Bunun üçün də doktrinaya dəyişiklik edilməlidir”.
Makronda Rəhim Qazıyevin xarakteri var
Deputat Siyavuş Novruzov qeyd edib ki, Makron erməni diasporası ilə görüşdə çox utanmazcasına “Ermənistanın baş nazirindən daha çox Azərbaycana təsir göstərirəm” ifadəsini işlədib: “Bu ifadəni işlədən biri ədalətli sülhə nail ola bilər?! Təbii ki, yox. Özünü həmişə yuyulmamış çömçə kimi ortaya atır. Vaxtı ilə nə iclas keçirilirdi, Rəhim Qazıyev də özünü ortaya atırdı. Həmin xarakter məhz Makronda var. Hara gedir, ancaq ermənilər böyründə çıxır”.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq təsdiqlənib.
Daha sonra “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “İnvestisiya fondları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) səsvermə yolu ilə qəbul edilib.
Ardınca “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Aqrar sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Ölkədə dərmanların baha olması və keyfiyyəti ilə bağlı problem var
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sözlərinə görə, Azərbaycan əhalisinin istifadə etdiyi əsas dərmanlar xarici ölkədən idxal olunacağı dövrədək problem həllini tapmayacaq: “Çünki problemin hələ də qalmasının səbəbi ölkədə dərman istehsalının olmamasıdır”.
Səhiyyə Nazirliyi dərmanların qiymətlərilə bağlı təhlillər aparır
Səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, digər ölkələrin dərmanlarının qiymətləri ilə bağlı məlumat bazası toplanılır: “Biz zərurət yarandıqda Tarif Şurası ilə operativ müzakirə apararaq həll yollarını tapırıq”.
Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar
Rasim İsmayılov qeyd edib ki, Azərbaycanda şəxsi istifadə üçün ölkəyə dərman gətirilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur: “Fiziki şəxsin öz şəxsi istifadəsi üçün dərman gətirməsi üçün lazımi şərait yaradılıb. Əgər hər hansı bir şəxs Azərbaycanda müalicə alırsa, öz müalicəsi üçün zəruri dərman vasitələrini xaricdən gətirə bilər. Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar. Həmin dərmanların keyfiyyətinə zəmanət verilmir.
Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması hallarına qarşı aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət tədbirləri görüləcək”.
Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır
Əhliman Əmiraslanovun sözlərinə görə, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı çox cüzi saydadır: “Bu da dərmanların keyfiyyətinə və qiymətinə təsir edən amil deyil. Əgər keyfiyyətsiz dərman gəlirsə, bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Hansısa vətəndaşın xarici ölkədən 3-5 qutu dərman gətirməsi satış məqsədi daşımır, sadəcə, şəxsi istifadə üçündür”.
Sonra “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş), “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş), “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi (ikinci oxunuş), “Dövlət satınalmaları haqqında” qanun layihəsi (ikinci oxunuş), Vergi Məcəlləsində, “Energetika haqqında”, “Büdcə sistemi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.
Beləliklə, Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

