Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hindistanın qərbində daşqınlar nəticəsində 11 nəfər ölüb

Hindistanın qərbində daşqınlar nəticəsində 11 nəfər ölüb

02.07.2023 [20:45]

Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə "Press Trust of India" xəbər agentliyi məlumat yayıb.

Sinoptiklərin məlumatına görə, ştatda sutka ərzində orta hesabla 32 mm yağıntı düşüb. Hindistan Meteorologiya Departamenti leysanın Qucaratda iyulun 3-ə qədər davam edəcəyini bildirib.

Ştatda kəndlərə giriş-çıxış yollarının su basması səbəbindən bağlandığı deyilir.

Hindistanın daxili işlər naziri Amit Şah bəyan edib ki, Qucarat hökuməti güclü yağışlar zamanı insanlara kömək üçün əlindən gələni edir.

Paylaş:
Baxılıb: 472 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31