XİN Şurası müzakirə edəcək
25.06.2023 [11:08]
Azərbaycan-Ermənistan dialoqu Aİ-nin gündəliyində
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesi beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Belə ki, dünyanın bir çox inkişaf etmiş ölkələrinin də üzv olduğu beynəlxalq qurumlar iki ölkə arasındakı vəziyyətin normallaşdırılması istiqamətində gedən danışıqların detalları ilə bağlı müzakirələr aparır, məsələ ilə yaxından maraqlanırlar. Təbii ki, bunun səbəbi var - Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması qarşıdakı dövr üçün iqtisadi-siyasi mənzərəyə bir sıra mühüm yeni ştrixlər qazandıracaq. Bu mənada Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iyunun 26-da Lüksemburqda keçiriləcək iclasında bu məsələnin də diqqətdə saxlanılması təbiidir. Qeyd edək ki, sözügedən iclasda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi, Tunis, Serbiya və Kosovo arasındakı dialoq da müzakirə ediləcək.
Bəlli olduğu kimi Avropa İttifaqı 2021-ci ildən iki ölkə arasında dialoqun əsas təşəbbüskarlarından sayılır. Məhz Aİ Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə baş tutan Brüssel prosesi iki dövlət arasındakı münasibətlərin tənzimlənməsi prosesinin əsas inkişaf istiqaməti sayılır. Bununla belə, Aİ-yə daxil olan bütün dövlətlərin məsələyə münasibəti ədalətli sayıla bilməz - məsələn, rəsmi Paris daima ermənipərəst mövqe nümayiş etdirməsi ilə seçilir. Bu mənada müzakirələrin də hansı rakursdan irəliləyəcəyi maraq doğurur.
“Yeni Azərbaycan”a açıqlama verən politoloq Tural İsmayılov isə hesab edir ki, Azərbaycan-Ermənistan münasibəti Aİ-nin diqqət mərkəzində saxlanılıb: “Avropa İttifaqı Şarl Mişelin rəhbərliyi altında Azərbaycan və Ermənistan arasındakı vəziyyətin normallaşdırılmasına daim töhfə verməyə çalışıb. Bu baxımdan hesab edirəm ki, Aİ Fransanın Ermənistanı dəstəkləyən mövqeyinə qarşı çıxacaq. Hazırki vaxtda iki dövlət arasında olan dialoqa Aİ-nin münasibəti bəllidir. Bu da prosesin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında təmin olunduğu qənaətini verir.”
T. İsmayılov daim ermənipərəst mövqedən çıxış edən Fransanın şuranın üzvü olması reallığına da münasibət bildirib: “Rəsmi Paris hər zaman ədalətsiz mövqe nümayiş etdirdiyi üçün bu gün Fransa diplomatlarının açıqlamaları da fərqli anlam daşımır. Amma qeyd etməliyik ki, bu cür münasibət məhz Fransanın özünə zərər vurub. Fransanın Cənubi Qafqazdakı mövqeləri sıradan çıxıb desək yanılmarıq. Görünən odur ki, bütün bunlar da Fransa üçün dərs olmayıb”.
T.İsmayılov bildirib ki, həm 30 ilə yaxın davam etmiş işğal dövründə, həm də post-müharibə dövründə Fransa açıq-aşkar Ermənistanın arxasında dayanıb və onların maraqlarının qorunması üçün əlindən gələni edib: “Amma reallıq tamam başqadır. Fransa kimi bir ölkə Cənubi Qafqazın mühüm strateji əhəmiyyət daşıyan ölkəsi Azərbaycanı itirmək istəməz, onların belə bir seçimi də yoxdur. Çünki bu gün beynəlxalq geosiyasi gərginliklər fonunda Azərbaycan enerji təhlükəsizliyinə töhfə verir. Fransanın birtərəfli mövqeyi ucbatından zədələnmiş Azərbaycan-Fransa münasibətlərində də itirən rəsmi Parisdir”.
Politoloqun sözlərinə görə, Fransadan güc alan Ermənistan davam edən sülh prosesini pozmaq üçün cəsarətlənib: “Məhz Fransadan güc alan Ermənistan sərhəd xəttində təxribatlar törətməyə çalışır. Eyni zamanda, həyasızcasına Azərbaycanı ittiham edir. Çünki Paşinyan hakimiyyəti məhz Fransanın donorluğu altında təxribatçı tapşırıqların icrası ilə məşğuldur”.
“Əslində, bu, bizim üçün yeni həqiqət deyil. Görünən odur ki, Fransa üçün bölgədə sülh və sabitliyin bərqərar olması əlverişli deyil. Fransa Ermənistan vasitəsilə Azərbaycan və Türkiyəyə təzyiqlər etmək xəyalına düşüb. Azərbaycan isə mümkün diplomatik vasitələrlə Fransanın təxribatçı mövqeyinə tutarlı şəkildə cavablar verib və bundan sonra da bu proses davam etdiriləcək”, - deyə politoloq əlavə edib.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43

