Mavi suların yolçuları...
25.06.2023 [11:00]
Bu gün Dünya Dənizçilər Günüdür...
Dünya ticarətinin təxminən 90 faizi dənizlər vasitəsilə həyata keçirilir. Yəni, geyimimizdən tutmuş, məişətdə istifadə etdiyimiz elektron əşyalara, hətta çörəyin hazırlanması üçün lazım olan taxıla qədər demək olar ki, əksər zəruri tələbat malları ünvanlarına gəmilərlə daşınır. Təbii ki, təlatümlü dənizləri, okeanları aşan gəmiləri idarə edən dənizçilər bu mənada böyük zəhmət çəkirlər - vacib bir missiyanı yerinə yetirirlər.
Dənizçi dənizin dilini anlayar, dəniz isə dənizçinin kədərini, təkliyini alar deyirlər. Həm də dənizçi olmağı darıxmaq sözünə sinonim sayırlar - günlərlə, həftələrlə, bəlkə də aylarla su yolçuluğu edən dənizçilər bəzən su kimi sakit, bəzən dəniz kimi daşqınlıqları ilə də seçilirlər. “Allaha əmanət ol” deyərkən, həqiqətən də əmanətdir bu peşənin sahibləri... Dənizçiliyi seçənlər ayrılığı qəbul edir, dənizlərə meydan oxuyur və bəzən də böyük təhlükələrlə üz-üzə qalırlar. Məhz bu sahənin vacibliyini nəzərə alan İMO (Beynəlxalq Dəniz Təşkilatı) 2011-ci ildən başlayaraq hər il 25 iyun tarixinin Dünya Dənizçilər Günü kimi qeyd olunması təklifini irəli sürüb.
İspaniyaya köçən, Amerikanı kəşf edən...
Dünya Dənizçilər Günündən danışarkən həyat hekayələri uzun əfsanə və nağıllar subyekti olan dənizçilərdən də söhbət açmaq yerinə düşərdi. Bu zaman sual yaranır: Dünyanın ən məşhur dənizçisi kimdir?
Yəqin ki, ən məşhur dənizçilər sırasında Xristofor Kolumbun adını çəksək yanılmarıq. Bu dünyaşöhrətli səyyah həm də dəmizçi olub. Geniş coğrafi biliklərə sahib olan Kolumb dənizçilik işində böyük təcrübə toplayaraq, yerin kürə formasında olduğu fikrini dəstəkləyib. Həmin dövrlərdə İspaniya və Portuqaliya, Hindistana və Çinə yeni dəniz yolu tapmaq uğrunda rəqabət aparırdılar. Kolumb bununla bağlı layihəsini Portuqaliya Kralı II Juana təqdim edir. Kral bu layihəni qəbul etmədiyindən Kolumb 1484-cü ildə Portuqaliyanın rəqibi olan İspaniyaya köçür. İspaniya kraliçası İzabella isə bu layihəni bəyənir. 1492-ci il oktyabrın 12-də Baham adalarından biri olan San-Salvador, oktyabrın 29-da Kuba, dekabrın 6-da Haiti adaları kəşf edilir. “Santa Mariya” gəmisinin qəzaya uğraması səbəbindən 1493-cü ildə geri qayıdan Kolumba kraliça tərəfindən “Baş okean admiral”ı rütbəsi verilir.
Yeni Zellandiyanın kəşfi
Məşhur dəniz səyyahı Ceyms Kuk da məşhur dənizçi - səyyahlardandır. Nökər ailəsində dünyaya göz açan Kuk 18 yaşında ikən yaxın məsafələrə üzən gəmiyə işə düzəlməklə həyatını dənizə bağlayır. Fransa ilə İngiltərə arasında yeddiillik müharibədə bacarığı ilə seçilən ingilis səyyah 1759-cu ildə zabit rütbəsi alır, gəmi ilə Hollandiya, Norveç və digər ölkələrə səfər edir. Böyük elmi nəticələr verən üç dünya səyahəti edən Kukun ən uğurlu səyahəti ilk ekspedisiyası olur. Sözügedən ekspedisiyada səyyahın qarşısına qoyulan əsas məqsəd “Naməlum Cənub” torpağını tapmaq olur. Beləliklə, ilk dəfə sübut edilir ki, Yeni Zellandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir. Daha sonra Avstraliyanın şərq sahillərini mənimsəyib xəritəyə köçürən Ceyms Kuk ilk dəfə onun ayrıca bir materik olduğu fikrini irəli sürür və onu sübut edir.
Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi
Ferdinand Magellan isə Yer kürəsinin ətrafına ilk dövrə vuran dənizçi hesab olunur. Lakin Magellan dünya ətrafına ilk səyahətini başa çatdırmamış dünyadan köçür. Səfər bask dənizçisi Xuan Sebastyan de Elkano tərəfindən uğurla başa çatdırılır. 15-16-cı əsrlərdə İspaniya və Portuqaliya arasında torpaqların ələ keçirilməsi və yeni dəniz yollarının inkişafı uğrunda fəal rəqabət mübarizəsi gedirdi. 1505-1513-cü illərdə Magellan dəniz döyüşlərində iştirak edərək cəsur döyüşçü olduğunu da sübut edir. Bu keyfiyyətlərinə görə o, dəniz kapitanı rütbəsinə layiq görülüb. Məhz həmin dövrdə Hindistan sahillərinə çoxsaylı yürüşlər zamanı Magellan şərq istiqamətində Hindistana gedən yolun çox uzun olması fikrinə düşdü. Sonradan qurulan ənənəvi marşrutla dənizçilər Afrikanı dövrə vuraraq onun qərb və şərq sahillərini keçərək Ərəb dənizini keçməli oldular. Bütün səyahət bir istiqamətdə təxminən 10 ay çəkir. Magellan qərara gəldi ki, bəlkə də qərbə getsə, məsafəni qısaltmaq olar. Nə Magellan, nə də o dövrün digər səyyahları Yer kürəsinin həqiqi ölçüsü haqqında heç bir təsəvvürə malik deyildilər.Yeni ticarət yolu tapmaq ideyası da Portuqaliya kralından dəstək görmür və xidmətdən istefa verən Magellan 1517-ci ildə İspaniyaya yaşamağa gedir. Burada İspaniya kralının xidmətinə qoşulur.
Azərbaycanda dənizçilik inkişaf edir...
Mavi Xəzərin qoynunda yerləşən Azərbaycanda da dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyəti ilə seçilib. Müstəqillik qazandıqdan sonra, xüsusən son illərdə respublikamızda dəniz nəqliyyatının inkişafına daha böyük dəstək və qayğı göstərilir. Dənizin həm strateji, həm siyasi, həm də iqtisadi cəhətdən həyatımızdakı rolu çox böyükdür. “Dənizçi Günü” ölkəmizdə də qeyd olunur - 2014-cü il iyunun 19-da Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə - “Dənizçi günü” peşə bayramı təsis olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59

