Milli Məclisin plenar iclasında...
17.06.2023 [10:50]
2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
Sülh müqaviləsi Zəngəzurda imzalanmalıdır
İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə Ermənistanın Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi təxribat müzakirə olunub.
Deputat Musa Qasımlı çıxış edərək vurğulayıb ki, beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir: “Baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür”.
M.Qasımlı bildirib ki, Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində sərhədçimizə atəş açması bu ölkənin beynəlxalq hüququn tələblərini kobudasına pozmasını göstərir: “Azərbaycan əsgərinə, dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə və bütün silahlı qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yenində məhv edilməlidir. Başqa heç cür həmin adamlarla danışmaq olmaz. Sərhədimizdən bir quşun belə bizdən xəbərsiz uçmasına icazə verməməliyik. Xalq olaraq hər zaman dövlətimizin yanındayıq”.
Ermənistan qonşularının ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır
Deputat Tural Gəncəliyev Ermənistanın sülhün əldə edilməsində maraqlı olmadığını deyərək bildirib ki, Ermənistanın milli atributlarında da qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcuddur: “Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub. Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Bu yaxınlarda beynəlxalq tədbirlərin birində biz Ermənistan tərəfi ilə müzakirələr zamanı onların destruktiv fəaliyyətini ifşa etdik. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu, xəstə təfəkkürün nəticəsidir. Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. Son hadisələr, Azərbaycan hərbçisinə, Rusiya sülhməramlarına atəş açılması qəbuledilməzdir”.
Fransalı nazirin Azərbaycanla bağlı əsassız fikirlərinə cavab
Deputat Soltan Məmmədov ötən həftə deputat həmkarları ilə Fransada səfərdə olduğunu xatırladaraq Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Vatanla görüşdüyünü vurğulayıb: “Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna Avropa Parlamentində müzakirələr zamanı Azərbaycanla bağlı növbəti dəfə əsassız mülahizələrlə çıxış edib. Azərbaycanın öz suveren ərazilərində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı əsassız fikirlər səsləndirib. Bu, bir daha göstərir ki, Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində obyektiv və tərəfsiz mövqe tutmur. Əksinə vəziyyəti gərginləşdirmək siyasətini davam etdirir. Fransalı həmkarlarımız da son illərdə ölkələrimizin qarşılıqlı münasibətlərində yaranan anlaşılmazlıqlardan narahatdır. Fransanın Cənubi Qafqazla bağlı siyasəti, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində tutduğu mövqeyi heç də Fransadakı bütün siyasətçilər dəstəkləmir”.
Təklif: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Zəngəzurda imzalanmalıdır
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Avropa Parlamenti üç gün əvvəl Ermənistan-Azərbaycan məsələsini müzakirəyə çıxarıb. Z.Orucun sözlərinə görə, dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı: “30-cu ildönümünü yaşadığımız hazırkı iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar”.
Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi, “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası başa çatıb.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

