/ / Ağalar Vəliyev: Tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması istiqamətlərində qanunvericilikdə edilən dəyişikliklər inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək
Ağalar Vəliyev: Tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması istiqamətlərində qanunvericilikdə edilən dəyişikliklər inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək
16.06.2023 [16:10]
“Azərbaycanın iqtisadi inkişafının aparıcı istiqamətlərindən biri də, heç şübhəsiz ki, tikinti sahəsidir. Ümumiyyətlə, inşaat sektoru hər bir ölkənin sosial-iqtisadi vəziyyətinə, eləcə də ətraf mühitinə təsirini göstərən əsas sferalardandır. Bu baxımdan müsbət mənada fərqlənən Azərbaycanın tikinti sahəsində son illər ərzində uğurla gerçəkləşdirilən genişmiqyaslı quruculuq işlərindən irəli gələn böyük canlanma müşahidə olunmaqdadır. Təbiidir ki, bütün bunlar ilk növbədə Azərbaycan xalqının rifahının daha da yüksəldilməsinə yönəldilmişdir”.
Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili bildirib ki, tikinti sektorunun dinamik inkişafı ilə yanaşı, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınma hallarına rast gəlinir. Nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınmasında problemlər yaranır. Ona görə də şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zəruriyyətə çevrilir.
Ağalar Vəliyev vurğulayıb ki, bu kimi hallar nəzərə alınaraq, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə davamlı olaraq bir sıra labüd dəyişikliklər edilir. Bu kontekstdə, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanı böyük önəm kəsb edir. Belə ki, Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kv. metr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilib və həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilib.
Qeyd olunan istiqamətlərdə qanunvericilik bazasının möhkəmləndirilməsi, qeyri- yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə cənab Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır.
Deputat qeyd edib ki, Fərmana əsasən müayinə edilən və barəsində məlumatların uçota alınması üçün təqdim olunan qeyri-yaşayış binalarının Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi mexanizmi müəyyənləşdirilir.
Həmçinin, 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.
Eyni zamanda tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində bir çox əhəmiyyətli dəyişikliklərin edilməsi təmin olunur. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.
Millət vəkili əminliyini ifadə edib ki, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması istiqamətlərində qanunvericilikdə edilən dəyişikliklər inşaat sektorunun inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

