Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suzan Elliott: Bölgədə sülhün olması inkişaf üçün vacibdir

Suzan Elliott: Bölgədə sülhün olması inkişaf üçün vacibdir

07.06.2023 [11:09]

Azad olunmuş ərazilərdə böyük infrastruktur işləri görülüb. Ən əsas olan isə odur ki, hazırda sülh danışıqları gedir.

AZƏRTAC xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda forumda Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti səfir Suzan Elliott deyib.

O vurğulayıb ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir. “Görünən odur ki, bu işlərdə ABŞ və Avropa İttifaqı da yaxından iştirak edir. Biz burada sabitlik və sülhün olmasında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir, - deyə o bildirib.

Əsas məsələnin birlikdə yaşamağı bərpa etmək olduğunu diqqətə çatdıran Suzan Elliott deyib: “Bakı ilə İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”.

Paylaş:
Baxılıb: 628 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Sosial

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31