Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 150-dən çox bağçada müdir yeri boşdur

150-dən çox bağçada müdir yeri boşdur

05.06.2023 [13:19]

150-dən çox bağçada müdir yeri boşdur.

Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, bu il ilk dəfə bağça müdirlərinin işə qəbulu mərkəzləşmiş qaydada həyata keçiriləcək:

"Hesab edirik ki, bu yay həmin imtahan keçiriləcək və 200-ə yaxın vakant yer təqdim olunacaq".

Şöbə müdiri qeyd edib ki, bu il məktəbəqədər təhsil müəssisələrində məzmunla bağlı yeni layihə icra olunacaq:

"Yaş qrupları ilə bağlı müəyyən mövzuları əhatə edən material hazırlanıb. Ötən il 2500-ə yaxın müəllim bu istiqamətdə təlimə cəlb edilib. Bu il də 3 000 müəllimin təlimlərə cəlb edilməsini planlaşdırırıq".

Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31