Ermənistanın təxribatları davam edir
31.05.2023 [10:55]
Nicat Dilqəmli
Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra sülh müqaviləsinin imzalanması vacib məsələdir. Məsuliyyətli dövlət olan Azərbaycan məsələnin həlli istiqamətində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdədir. Buna baxmayaraq, Ermənistan tərəfi müxtəlif təxribatlar törətməklə sülh müqaviləsinin imzalanmasına süni şəkildə maneələr yaradır. Son təxribatlar da deyilənləri bir daha təsdiq edir. İki gün öncə, mayın 29-u Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.
Bundan başqa, eyni tarixdə saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.
Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.
Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
“Ermənistan sülhdən yayınır, müxtəlif hərbi-siyasi təxribatlar törətməklə vaxt udur və eyni zamanda, siyasi-diplomatik sahədə əldə olunan razıqların da üzərindən xətt çəkir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi İlyas H?seynov səsləndirib. Politoloq bildirib ki, Ermənistanın siyasi rəhbərliyi bu təxribatlarla, bu cür pozucu və destruktiv addımlarla ilk növbədə sülhü, sabitliyi və təhlükəsizliyi təhdid edir: “Digər tərəfdən, Moskvada Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə də Ermənistanın ?aş nazirinin fikirləri danışıqlar prosesinə zidd idi. Eyni zamanda, sanki üç ilə yaxın bir müddətdə aparılan danışıqlar prosesində iştirak etməyib, orada söylənən fikirlərdən məlumatsızdır. Çünki həm dəhliz ritorikasına irad bildirdi, başqa cür interpretasiya etdi, eyni zamanda, Laçın yolu üzərində qurulan nəzarət-buraxılış məntəqəsini mübahisələndirməklə geniş auditoriyanı çaşdırmaq məqsədi güdürdü”.
Politoloq deyir ki, bəyanatın 9-cu maddəsinə uyğun olaraq Ermənistan iqtisadi əlaqələrin bərpa olunması, nəqliyyat və kommunikasiya münasibətlərinin qurulması istiqamətində öz məsuliyyətini anlamalı və ona uyğun davranış nümayiş etdirməlidir: “Bu həftə bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin qurulması ilə bağlı keçiriləcək işçi qrupun görüşü də məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış 2021-ci ilin 11 yanvar bəyanatına əsasən icra olunur və burada da görürük ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Çünki birgə bəyanatın 9-cu maddəsinə uyğun olaraq Ermənistan iqtisadi əlaqələrin bərpa olunması, nəqliyyat və kommunikasiya münasibətlərinin qurulması istiqamətində öz məsuliyyətini anlamalı və ona uyğun davranış nümayiş etdirməlidir. Biz isə tamamilə tərs bir mənzərəyə şahidlik edirik. Lakin Azərbaycan Ermənistanı mütləq sürətdə sülhə məcbur edəcəkdir”.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

