Qərbi Azərbaycan İcmasının növbəti uğuru
31.05.2023 [10:33]
Nicat Dilqəmli
Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin müəyyən etdiyi əsas prioritetlərdən biri də Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıtması məsələsi oldu. Bu istiqamətdə görülən işləri sadalayarkən ötən ilin ən mühüm siyasi hadisələrindən biri - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının (QAİ) inzibati binasında yaradılan şəraitlə tanış olması, dövlət başçımızın Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə mühüm məqamları açıqlaması, əhəmiyyətli mesajlar verməsi vurğulanmalıdır. İcmanın yaranmasından qısa müddət keçməsinə baxmayaraq, QAİ əldə etdiyi yüksək nəticələr, nailiyyətlər ilə ölkə ictimaiyyətini sevindirir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması bəlkə də bu qurumun ilk uğuru oldu. Belə ki, sözügedən müraciətin BMT rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə məsələ barədə xəbərdar olmuş oldu.
İcma bu gün də uğurlara imza atmağa davam edir. Belə ki, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərərək Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına yardım etmək üçün Ermənistana BMT missiyası göndərməyi xahiş etmişdi. BMT-nin Katibliyi həmin müraciəti Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İqtisadi və Sosial Şuranın gündəliyinin münaqişələrin önlənməsi, sülhün qorunması, insan haqları, qaçqınlar mövzusuna dair bəndləri altında BMT-nin rəsmi sənədi kimi yayıb. Bu barədə İcmanın mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, İcma öz müraciətində BMT idarələrarası missiyasının təhlükəsizlik, repatriasiya, reinteqrasiya, mülkiyyət hüquqları, mədəni irs mövzuları daxil olmaqla müfəssəl mandatla təşkil olunmasını xahiş etmişdi. Bu müraciətin BMT sənədi kimi yayılması BMT-nin əsas orqanları və ixtisaslı qurumlarının, eləcə də katibliyinin müvafiq departamentlərinin Qərbi Azərbaycan mövzusu ilə predmetli şəkildə məşğul olmaları və Qərbi Azərbaycan İcması ilə strukturlu dialoqun önünü açır.
Qeyd edək ki, İcma Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququn təmin edilməsi mövzusu üzrə BMT-nin müvafiq qurumları ilə təmasdadır.
İcma inanır ki, həmin əhali qrupunun geri qayıtma hüququnun təmin olunması BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinin, İnsan Hüquqları üzrə Bəyannamənin və digər universal insan haqları sənədlərinin yerinə yetirilməsinə və bölgədə davamlı sülhün bərqərar edilməsinə mühüm töhfə olacaq.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən bildirib ki, bu günə qədər bir çox beynəlxalq təsisatlara ünvanlanmış müraciətlərə müsbət reaksiyaların gəlməsi İcmanın məhsuldar və aktiv fəaliyyətinin bariz bir nümunəsi kimi də qəbul olunmalıdır: “QAİ-nin BMT-yə son olaraq ünvanlamış olduğu məktubda BMT-dən azərbaycanlıların ləyaqətli geridönüş və qayıdış hüququnun bərpa edilməsi, oradakı tarixi abidələrimiz, eyni zamanda, təhlükəsizliyimizin təmin olunması, hüquqlarımızın bərpası və bununla bağlı hazırlıq məqsədilə yeni xüsusi bir missiyanın hazırlanaraq indiki Ermənistan Respublikası adlandırılan əraziyə göndərilməsi, məsələlərinin BMT-də rəsmi sənəd kimi bizim məktubumuzun yayılması əlbəttə ki, diplomatiyamızda və xüsusilə də Qərbi Azərbaycan İcmasının fəaliyyətində irəliyə doğru atılmış yeni bir addım və yeni bir uğur kimi qiymətləndirmək lazımdır”.
İcmanın növbəti uğurunun əhəmiyyətindən danışan R.Həsən proseslərin müsbət yöndə irəlilədiyinə də diqqət çəkib: “Bizim bütün tələblərimiz beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Şübhəsiz ki, yurdundan didərgin düşmüş, qovulmuş yüz minlərlə azərbaycanlının yenidən dədə-baba torpaqlarına geri qayıtması ilə bağlı Ermənistan hökuməti ilə danışıqların aparılmasına, eləcə də BMT-yə ünvanlamış olduğumuz bu son məktublara və digər müraciətlərə müsbət reaksiyaların verilməsinə ümumilikdə kompakt şəkildə baxılmalıdır. Son uğur münasibətilə xalqımızı təbrik edirəm! Əminik ki, cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasət və xalqımızın həmrəyliyi sayəsində biz dədə-baba yurdlarımıza qayıdacağıq”.
Xəbər lenti
Hamısına bax
Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25

Dünya
26 Sentyabr 14:07

Xəbər lenti
26 Sentyabr 14:03

Xəbər lenti
26 Sentyabr 13:49

Xəbər lenti
26 Sentyabr 13:38

Xəbər lenti
26 Sentyabr 13:02

Xəbər lenti
26 Sentyabr 13:00

Xəbər lenti
26 Sentyabr 12:54

Maraqlı
26 Sentyabr 12:43

Maraqlı
26 Sentyabr 12:30

Xəbər lenti
26 Sentyabr 12:12

Xəbər lenti
26 Sentyabr 12:02

İqtisadiyyat
26 Sentyabr 11:56

Dünya
26 Sentyabr 11:54

Xəbər lenti
26 Sentyabr 11:46

Xəbər lenti
26 Sentyabr 11:40

Xəbər lenti
26 Sentyabr 11:31

Xəbər lenti
26 Sentyabr 11:30

Siyasət
26 Sentyabr 11:28

MEDİA
26 Sentyabr 11:25

Xəbər lenti
26 Sentyabr 11:20

Xəbər lenti
26 Sentyabr 11:17

Xəbər lenti
26 Sentyabr 11:16

Xəbər lenti
26 Sentyabr 11:15

Xəbər lenti
26 Sentyabr 11:10

Xəbər lenti
26 Sentyabr 11:04

Xəbər lenti
26 Sentyabr 11:02

Xəbər lenti
26 Sentyabr 11:00

Xəbər lenti
26 Sentyabr 10:55

Xəbər lenti
26 Sentyabr 10:47

Xəbər lenti
26 Sentyabr 10:43

Xəbər lenti
26 Sentyabr 10:36

Siyasət
26 Sentyabr 10:31

Gündəm
26 Sentyabr 10:26

Xəbər lenti
26 Sentyabr 10:18

İqtisadiyyat
26 Sentyabr 10:13

Siyasət
26 Sentyabr 10:09

Xəbər lenti
26 Sentyabr 09:58

Xəbər lenti
26 Sentyabr 09:38

Xəbər lenti
26 Sentyabr 09:25

Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09
