Özünümüdafiədən əks-hücuma...
27.05.2023 [11:17]
Hesab kimin xeyrinə dəyişəcək?
Şahanə XANKİŞİYEVA
Nicat Dilqəmli
Bir ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub. Bəzi siyasi və hərbi texnoloqlar yay fəslinin gəlməsi ilə əlaqədar açıq hərbi qarşıdurmaların daha da şiddətlənəcəyini proqnozlaşdırır. Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın açıqlaması da deyilənləri müəyyən mənada təsdiqləiyr. Podolyak bildirib ki, Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı artıq başlayıb, bütün sərhəd xətti boyunca şiddətli döyüşlər gedir. “Artıq bir neçə gündür əks-hücum başlayıb, sərhədin 1500 kilometrində gərgin müharibə gedir”, - deyə Podolyak əlavə edib. Qərb silahlarının tədarükünə də münasibət bildirən Podolyakın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbə endirməyəcək, onlardan yalnız zəbt olunmuş ərazilərin işğaldan azad edilməsi üçün istifadə edəcək.
Ukrayna ilə müharibə, daxili gərginliklər…
Baxmutun qismən Rusiya nəzarətinə keçirməsi isə hər iki tərəf üçün bir sıra çətinliklər yaradıb. Belə ki, Qərbin Ukraynaya hərbi-texniki dəstəyinə baxmayaraq, artıq Baxmut ərazisi Kiyevin nəzarətindən çıxıb. Ancaq Baxmut "uğuru" Rusiyaya da ağır nəticələr verə bilər. Şəhərin alınmasında xüsusilə fərqlənən "Vaqner" qrupunun son davranışları adekvat deyil. Xatırladaq ki, qrup 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsində bir sıra mühüm əməliyyatlarda iştirak edib. Rusiya Prezidenti Baxmutun alınması ilə bağlı hətta "Vaqner"i təbrik etmişdi. Ancaq çox keçmədən Baxmut üzərində xüsusi “əməyi” olan “Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiyanın yüksək rütbəli rəhbərliyini tənqid atəşinə tutdu. Rusiyanın əməliyyatı sayəsində Ukraynanın güclü orduya malik ölkəyə çevrildiyini bildirən Priqojin deyib ki, Rusiyanın təhlükəsizliyini təmin etməkdə də uğursuzluğa düçar olduq. O, Baxmut döyüşünü indiyə qədərki ən qanlı döyüş adlandırıb. Priqojinin sözlərinə görə, “Vaqner” hərbi birləşməsindən təkcə Baxmutda 10 min nəfər həlak olub. Ümumilikdə isə əksəriyyəti keçmiş məhbus olan hərbi birləşmənin 20 min döyüşçü itkisi var. “Onların yarısı Rusiya həbsxanalarından cəbhəyə yığdığım məhbuslardır. Digər yarısı isə bizim müqaviləli muzdlu əsgərlərimizdir”, - deyən Priqojin vətəndaşlar arasında müəyyən çaxnaşmalar yaradıb. Bundan əlavə, Kremlın “Rusiyanı parçalamaq istəyirlər, ən ağır tarixi mərhələdən keçirik” məzmunlu açıqlaması ölkə cəmiyyətini bir az da silkələyib.
Ukraynanın şansı “Vaqner”dən sonra artacaqmı?
Görünən odur ki, müharibə aparan Rusiyanın hərbi birlikləri arasında baş verən qarşıdurma daha da güclənməkdədir. Bu isə təbii olaraq hərbi gücün zəifləməsinə yol açır. Görəsən, “Vaqner” hərbi qruplaşması ilə Rusiya hökuməti arasındakı toqquşma nələrə yol açacaq? Yaşanan gərginliklər Baxmutda prosesin yeni yön almasına yol açacaqmı?
Yaşananlar hərbi-psixoloji üstünlük yaradır…
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən politoloq Tural İsmayılov bildirib ki, əslində “Vaqner”lə Rusiya hərbi elitası arasındakı gərginlik Rusiyadakı ikitirəliyin və hakimiyyətdaxili xaosun göstəricilərindən sayıla bilər. “Ukraynanın uğurlu əks-hücüm əməliyyatlarına başlaması, eyni zamanda, Rusiyanın Ukraynada istədiyi nəticələrə nail ola bilməməsi həmin gərginliyə yol açır. Əslində “Vaqner”in rəhbəri Priqojinin müdafiə naziri Şoyqu və Qərargah rəisi Gerasimov haqqında açıqlamaları Rusiya hərbi elitasında mövcud olan klanlararası savaşı və hərbi qarşıdurmanı növbəti dəfə üzə çıxarır. Artıq Rusiyanın idarəetməsindəki böhranların miqyası o qədər böyükdür ki, bu tip gərginliklər belə açıq şəkildə nümayiş etdirilir". ”
Politoloq hesab edir ki, Baxmut ətrafında bu gərginlik dönüşə səbəb olacaq: “Xüsusilə Ukraynanın Belqorod, Voronej və digər bölgələrə əks-hücum əməliyyatı mühüm psixoloji üstünlüyə yol aça bilər. Çünki Kreml hərbi elitası ilə “Vaqner” hərbi qruplaşması arasındakı çəkişmə Rusiya üçün neqativ psixloji vəziyyət formalaşdırıb. Rəsmi Kiyevin Qərbdən aldığı dəstək, “F-16” məsələsindəki uğurlu nəticələr Ukraynanın Rusiya üzərində olan qələbəsini daha da yaxınlaşdıra bilər”.
"Yay mərhələsi"ndən gözləntilər…
Rusiya-Ukrayna müharibəsinin "yay mərhələsi" barədə gözləntilərini də diqqətə çatdıran siyasi şərhçi Ukraynanın artıq aylardır əks-hücum əməliyyatlarına hazırlaşdığını diqqətə çatdırıb. Onun qənaətinə görə, bütün bunlar Ukraynanın yeni mərhələdə qarşısına ciddi hədəflər qoyduğunu göstərir: “Hesab edirəm ki, Ukrayna bir sıra işğal edilmiş bölgələrini, qəsəbələrini, kəndlərini yenidən öz nəzarətinə keçirəcək. İndiyə qədər Ukraynanın real və ya ciddi addımlar atmaması Qərbin də lazımi dəstək göstərməməsi ilə nəticələnirdi. “F-16” qırıcıları ilə bağlı məsələnin həlli, ABŞ və Böyük Britaniyanın Ukraynaya hərbi dəstək verməsi ilə bağlı qərarı rəsmi Kiyevin həlledici yöndə ciddi uğurlarına və qələbəsinə şərait yarada bilər".
Situasiya dəyişir…
Politoloqun fikrincə, müharibənin yeni mərhələsində Ukraynanın uğurlarının şahidi ola biləcəyik: “Əslində, bu gün Rusiyanın açıq formada olmasa da, müxtəlif vasitələrlə müxtəlif dairələrə sülh danışıqları ilə bağlı təzyiqlər etdiyini görürük. Hərbi toqquşmaların genişlənməsi perspektivi kifayət qədər realdır. Artıq bu gərginliyin Rusiyanın Belqorod, Voronej kimi əyalətlərinə keçməsi, Ukraynanın əks-hücumlarının, həmlələrinin uğurlu olduğunu göstərir. Bu baxımdan Rusiya-Ukrayna müharibəsində yeni situasiya formalaşır. Ukrayna ordusu demək olar ki, müdafiədən sərt hücum taktikasına keçib. Bu həmlələr Ukrayna ərazilərində mənzillənmiş Rusiya ordusunun və Priqojinin “vaqnerçilərinin” geri çəkilməsinə, Rusiyanın şəhərlərini müdafiə üçün kompaktlaşmasına yol açacaq. Paralel olaraq rus əsgərlərinin geri çəkildiyi bölgələrdə Ukrayna ordusunun möhkəmlənməsininin şahidi ola bilərik".
Xəbər lenti
Hamısına baxHadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04

