Yüzilliyimizin problemi: Buzlaqların əriməsi...
27.05.2023 [13:00]
Qönçə QULİYEVA
Dünya qlobal iqlimin istiləşməsi səbəbilə ağır nəticələr doğuran hadisələrlə üzləşib. Bu hadisələrin biri də yer üzündəki buzlaqların əriməsidir. Qlobal istiləşmə ilə atmosferdə və okean sularındakı temperatur artır. Temperaturun artması buzlaqların əvvəlkindən daha sürətli əriməsi ilə nəticələnir. Quru və dəniz buzlaqların əriməsi həm də dəniz və okean sularının səviyyəsini yüksəldir. Planetimizdə 5 milyon kub kilometr buzlaq var ki, onun da 89 faizi Şərqi Antarktidadadır. Alimlərin hesablamalarına görə, planetdəki buzlaqların tam əksəriyyətinin əriməsi üçün təxminən 5 min il gərəkdir. Peyk görüntüləri əsasında buzlaqların hər zamankından daha sürətli şəkildə əriməsi müşahidə olunur. Göstəricilərə görə, 15 il əvvələ nisbətən 31 faiz daha çox qar və buz itkiyə məruz qalıb. Eyni zamanda, elm adamları 20 illik peyk məlumatlarından istifadə edərək tədqiqat aparıblar. Məlum olub ki, 2015-ci ildən bəri dünyanın 220.000 dağ buzlağından 298 milyard ton buz və qar yoxa çıxıb. Statistikaya görə, 2015-ci ildən 2019-cu ilə qədər olan illik ərimə nisbəti 2000-2004-cü illərdəkindən 78 milyard ton çoxdur. Bu isə buzlaqlarda qlobal seyrəlmə dərəcələrinin son 20 ildə iki dəfə artdığını göstərir.
Bütün buzlaqlar əriyərsə...
Buzlaqların əriməsi nəticəsində yaranacaq problemin ciddiliyi alimləri davamlı şəkildə araşdırmalar aparmağa sövq edir. Demək olar ki, hər il elm adamları bu sahədə yeni nəticələr təqdim edirlər. Son araşdırmalardan birinin nəticələrinə görə, planetimizdə sürətlə istiləşmə davam edərsə, 2100-cü ilə qədər bütün dağ buzlaqlarının təxminən 68 faizi əriyəcək. Təxmin edilir ki, dəniz səviyyəsinin yüksəlməsində dağ buzlaqlarının əriməsinin payı üçdə birə bərabər olacaq. Tədqiqatçılar sahəsi 1 kvadrat kilometrdən kiçik olan buzlaqların daha kövrək olduğunu xüsusilə qeyd edirlər. Mütəxəssislərin qənaətinə görə, Yaxın Şərq, Qafqaz, ABŞ və Yeni Zelandiyada buzlaqlar yaxşı halda 60 faiz, yüksək istiləşmə ssenarisində isə 100 faiz əriyəcək.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov qəzetimizə açıqlamasında bildirdi ki, dünyanın ən böyük quru buzlaq örtüyü Qrilendayida və Himalay dağlarındadır: “Bunlar çox yüksək dağlıq ərazilərdir. Bunların əriməsinin əsas səbəbi son 100-150 il ərzində planetimizdə baş verən qlobal iqlim dəyişmələridir. Temperaturanın istiləşməsi buzlaqların tədricən əriməsi ilə nəticələnir. Beləliklə, yerin istilik balansı pozulur. Bundan başqa atmosferə atılan karbon qazının miqdarını azaltsaq, istiləşmənin qarşısını almış olarıq”.
Dünya soyuducuları yoxa çıxarsa...
Qütb buzlaqları dünyanın soyuducuları hesab olunur və planetimizin iqlim sisteminin tənzimlənməsində çox mühüm rol oynayır. Şimal qütbündə buzlu qitə yoxdur. Şimal Buzlu Okeanındakı buzların bir hissəsi hər yay əriyib suya qarışır, qışda isə yenidən əmələ gəlir. Amma iqlim böhranı nəticəsində donmuş Arktika dənizinin buz qatı hər ay kiçilir və nazikləşir. NASA-nın məlumatına görə, Arktikadakı dəniz buzlarının ən çox azaldığı sentyabr ayında hər 10 ildən bir orta hesabla 13 faiz kiçilmə baş verir. Bu, son min il ərzində görünməmiş bir vəziyyət hesab olunur. Dəniz buzlaqları da planetin isinməsinə görə əriyir və nəticədə Yerin daha da qızmasına səbəb olur. Qütblərin ağ qar əvəzinə tünd rəngli su ilə örtülməsi istiliyin daha çox saxlanmasına gətirib çıxarır. Müşahidə olunan başqa bir yenilik temperatur və duzluluq balansının dəyişməsi nəticəsində okean axınlarının dünya iqlimini tənzimləmək qabiliyyətinin azalmasıdır. Buzlaqların əriməsi Arktikada duzlu suyun sıxlığını azaldır. Bu isə axınların sürətinin azalmasına səbəb olur. Ekspertlərin fikrincə, belə vəziyyət Avropada mini bir buz dövrünün başlanmasına da yol aça bilər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

