Heydər Əliyevin iqtisadi inkişaf strategiyası
26.05.2023 [10:52]
İqtisadiyyat dövlətin dayağıdır
Günel ABBASOVA
Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl ümummilli liderə xas olan parametrlərə tam cavab verən, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş edib.
Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma Vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Heç zaman seçimində yanılmayan xalqımız bu dəfə də çox düzgün seçim etdi. Ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail olundu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı...
SSRİ-nin süqutu onun ərazisində, eyni zamanda, 15 müstəqil dövlətin yaranmasına və vahid iqtisadi məkanın parçalanmasına səbəb oldu. Sovet dövründə onlar arasında formalaşmış ticari-iqtisadi əlaqələrin qırılması, keçmiş SSRİ ərazisində uzun müddət rubl məkanının saxlanması, sonralar müstəqil respublikalarda milli valyutanın tətbiqi, milli valyutaların bir-birinə kotirovkası ilə bağlı təşkilati, iqtisadi və hüquqi maneələrin həllinin dəf edilməsinin uzanması müstəqil dövlətlər arasında bank əməliyyatlarını və bütünlükdə iqtisadiyyatı iflic vəziyyətinə saldı. İstehsal amillərindən istifadənin səviyyəsi sürətlə aşağı düşdü, kütləvi işsizlik baş verdi, hiper-inflyasiya prosesləri başlandı.
Azərbaycan Respublikasının inkişaf tarixində dönüş illəri ulu öndər Heydər Əliyevin rəhbərliyinə təsadüf edir. Məhz onun rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunub. Bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərib.
Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilir ki, onlar da 12 orta və kiçik şəhər və rayonlarda yerləşdirilmişdi. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilir. Bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaratmışdı. Qeyd etmək lazımdır ki, ölkənin dinamik və davamlı inkişafı onun təbii resurslarla, əsasən neft və qazla zəngin olması ilə bağlıdır və ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumilikdə, bu dövrdə Azərbaycan iqtisadiyyatında islahatların aparılması, sənaye sahələrınin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsini irəli sürüb. Bu da öz ifadəsini Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasında tapır. Belə ki, 1991-ci ildən başlanan siyasi və iqtisadi dəyişikliklər respublika iqtisadiyyatının bütün sahələrinə, o cümlədən sənayeyə də öz təsirini göstərib və onların inkişaf tempini aşağı salıb. Sənaye üzrə məhsul istehsalının aşağı düşmə tempi 1995-ci ildə 30 faiz təşkil edib.
Bütövlükdə və sonrakı illərdə keçirilən tədbirlər nəticəsində sənayenin tənəzzül sürəti azalıb, inkişaf meyli artıb və 1996-cı ildən istehsalın həcminin aşağı düşməsinin qarşısı alınıb. Beləliklə, iqtisadiyyatda müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunub.
Onu da qeyd etmək lazımdır ki, 1997-ci ildən başlayaraq respublika regionlarının inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən bir sıra proqram, proqram məqsədli metodlar və vasitələr qəbul edilib. Onların da əsası Heydər Əliyev tərəfindən qoyulub. 2001-2003-cü illərdə ölkə Prezidenti xarici və yerli sahibkarlarla görüşündə, respublika regionlarına səfəri zamanı etdiyi məruzə və çıxışlarında, “Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın təqdimat mərasimindəki nitqində əsas diqqəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsini əsaslandırıb.
Başqa sözlə, siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olub. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaradıb. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Elə bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuza görə də türk dünyasının dahi şəxsiyyəti, ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
Yazı İqtisadiyyat Nazirliyi tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş “İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 19:27

YAP xəbərləri
02 İyun 18:41

Dünya
02 İyun 18:17

Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42
