İtkinlik var, ayrılıq var, ölüm var...
25.05.2023 [11:40]
Əsir düşən uşaqlıq
Günel ABBAS
Dünyanın ən məsum sualını əsir düşmüş bir uşaq verib: “Ana, uşaqları balaca güllələrlə öldürəcəklər?” İtkinlik bir növ girovluq taleyinə bənzəyir. Hətta ondan daha ağırdır, çünki ən pis xəbər belə heç bir xəbər almamaqdan daha yaxşıdır. Dünyanın bütün diplomatları, milyardlara sahib pul hərisləri, insan qanı üzərində torpaqlar qəsb edən generalları, orduları bu sualın qarşısında acizdir. Pul, mal-dövlət, qızıl, hakimiyyət bu məsumiyyət və günahsızlığın qarşısında zaman keçdikcə öz parlaqlığını itirir.
1979-cu il. Amerika. Nyu-York küçələrində 6 yaşlı Etan Patz itkin düşür. Evinin qarşısında qaçırılan oğlanın ailəsi uzun müddət heç bir təsəlliverici xəbər ala bilmir. Ancaq hadisə baş verəndən otuz səkkiz il sonra Etan Patzın məhkəməsi yekunlaşır və münsiflər heyəti oğlanın qatilini günahkar bilir. Bununla əlaqədar ABŞ Prezidenti Ronald Reyqan 1983-cü ildə hər il mayın 25-nin Beynəlxalq İtkin Uşaqlar Günü elan olunması barədə qərar imzalayıb. Əslində, bəhs etdikcə olduqca ağrılı səslənir... Uşaqların itkin düşməsi, onların öldürülməsi, girov saxlanılması dözülməzdir.
1992-ci il. Azərbaycan. Dünyanın bütün uşaqları bir-birinə bənzəyirlər; öz ərköyün və şıltaq təbiətləri, məsum baxışları, şirin gülüşləri ilə. Onlar isə kimsəyə bənzəməzlər; naməlum qalan taleləri ilə. Qarabağda gedən döyüşlər zamanı əsir düşmüş, həyatını və uşaqlığını itirmiş körpələrin bir çoxunun taleyi hələ də naməlumdur. Dünyaya uşaq gəlir ki, sevinc gətirsin; ata qəlbinə təpər, ana ürəyinə fərəh kimi. Onlar isə həm valideynlərinə, həm də Azərbaycana öz boylarından, yaşlarından da böyük və ağır dərd yükü qoyub qeyb oldular...
İtkin düşmüş, əsir, girov götürülmüş insanlara görə Azərbaycan ən çox zərər çəkmiş dövlətlərdəndir və bu gün beynəlxalq təşkilatlar tərəfindən ədalətli münasibətin sərgilənməsini gözləyir. Təəssüf ki, bu məsələyə BMT tərəfindən xüsusi diqqətin ayrılması belə özlüyündə gecikib. Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzü və işğalçılıq siyasəti nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyindən bu günə qədər də xəbər yoxdur.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində 3 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 171-i hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71-i nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267-si qadın, 326 nəfəri yaşlı insanlar olub.
Əsirlikdə qalmış və taleyi naməlum olan körpələrin fotoşəkillərinə baxmaq, bu baxışlardakı suallara, bu oğurlanmış təbəssümlərə dözmək çətindir. Onlar bizim üçün uşaq kimi qalıblar. Amma artıq onları uşaqlıqdan ən azı 30 ildən də çox zaman məsafəsi ayırır. Bu zamanda biz çox şey qazandıq, itirdiklərimizin ən ağrılı yarası məhz onlardır. İtkin uşaqlar! Bu gün yaşı çoxumuzdan böyük olan uşaqlar...
2023-cü il. Ukrayna. Zaman keçib hər şey müasirləşdikcə düşünürsən ki, insan beyinləri, düşüncələri də təkamülə uğrayıb. Çıxış bir-birini məhv etməkdə, illərlə davam edən müharibələrdə deyil. Ancaq dönüb ətrafında baş verənlərə baxanda anlayırsan ki, 100 il əvvəl baş verən hadisələr zəncir kimi öz davamlılığını qoruyub saxlayır. Hər nə qədər çətin olsa da, Ukrayna müharibəsində günahsız uşaqların ölüm və itkin düşmə statistikası artmaqdadır. Son məlumatlara əsasən 11 258 uşaq itkin düşmüş hesab olunur. Dəqiq deyə bilmərik, sabah onlar girovluqdan qayıdan şəxslər kimi öz yaşadıqlarını bölüşəcək, yoxsa taleyin amansız oyununun birdəfəlik qurbanına çevriləcəklər. Ümid edək ki, bu günün uşaqları 30 il əvvəlki Qarabağ müharibəsinin zamanla böyüyə bilməyən uşaqları kimi olmayacaq...
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

