Böyük Zəfərə aparan tərəqqi yolu
24.05.2023 [10:45]
44 günlük müharibənin nəticələri Azərbaycanla Ermənistan arasında inkişaf fərqini ortaya qoydu. İşğalçılıq siyasətinin girovluğunda qalaraq dalan ölkəyə çevrilən, regional əməkdaşlıqdan kənarda qalan Ermənistan müharibənin elə ilk günlərindən məğlubiyyət acısı yaşamağa başladı və cəmi 44 gündən sonra kapitulyasiyaya məruz qaldı. Azərbaycan isə düşməni diz çökdürən, onun belini qıran qalib dövlətdir. Respublikamızı böyük Zəfərə aparan yol isə ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu və sonrakı mərhələdə Prezident İlham Əliyevin inamla davam etdirdiyi tərəqqi siaysətindən keçib.
Ulu Öndərin ən böyük arzusu...
Qarabağın, bura imperialist güc mərkəzlərinin məkrli siyasətlərinin nəticəsi olaraq ermənilərin köçürülməsinin taixini yaxşı bilən ulu öndər Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycanda məsul vəzifələrdə çalışdığı, həmçinin respublikaya rəhbərlik etdiyi illərdə bu bölgəyə xüsusi həssaslıqla yanaşırdı. Ermənilərin Dağlıq Qarabağa iddiaları həmişə olub, onlar bu məsələni daim müxtəlif yollarla ittifaq dövlətinin gündəliyinə daşımağa çalışıblar. Ancaq Heydər Əliyev fenomeni onların bəd niyyətlərini gözlərində qoyurdu. Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı.
Sonrakı mərhələdə - Ulu Öndər Moskvada keçmiş ittifaq rəhbərliyində çalışdığı dövrdə də ermənilərin Dağlıq Qarabağla bağlı iddialarının gündəmə gəlməsinə imkan vermədi. Heydər Əliyevin Özü ermənilərin fitnəkarlıqlarını belə xatırlayırdı: “60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam”.
Keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev 1987-ci il oktyabr plenumunda tutduğu vəzifələrdən istefa verdi. Bununla da ermənilərin qarşısındakı sipər aradan qalxdı və onlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda açıq fəaliyyətə başladılar. Belə ki, Heydər Əliyev bütün vəzifələrdən gedəndən heç iki həftə keçməmiş erməni separatçılar məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın və Ermənistana verilsin.
Havadarlarının dəstəyinə arxalanan Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycandakı AXC-Müsavat iqtidarının diletant siyasətindən fürsət kimi istifadə etməklə ərazilərimizin 20 faizinin işğalına nail oldu. İş elə gətirdi ki, ölkənin ərazi bütövlüyünün təmin olunması siyasətinin əsasını da ulu öndər Heydər Əliyev qoydu. Prezident İlham Əliyevin bidirdiyi kimi, torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndərin ən böyük arzusu idi. Heydər Əliyevin Özü qəlbindən keçən hisslərini, torpaqlarımıza qayıdacağımıza bəslədiyi böyük ümidlərini ifadə edərək deyirdi: “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir, amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisusu. Biz onlarsız yaşaya bilmərik. Təsəvvür edə bilmərik”.
1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev bir tərəfdən müharibə gedə-gedə nizami ordu yaratmağa, iqtisadiyyatı gücləndirmək üçün islahatlar həyata keçirməyə başladı, digər tərəfdən isə diplomatik səylər göstərərək 1994-cü ilin mayında Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail oldu.“Bişkek Protokolu”nun qüvvəyə minməsi ilə Azərbaycan gücünü səfərbər etmək, toparlanmaq və strateji məqsədlərini reallaşdırmaq imkanı qazandı.
Ata vəsiyyəti, oğul qeyrəti
Xalqımızın mental dəyərlərində ata vəsiyyəti, oğul qeyrəti kimi anlayışlar xüsusi yer tutur. Tarixdən gələn ənənədir: Oğul atanın vəsiyyətini yerinə yetirməyi özünə borc bilir, buna nail olduqda isə özünü dünyanın ən xoşbəxt insanı sanır. Bu mənada Prezident İlham Əliyev xoşbəxt insandır. O, 44 günlük müharibədə atasının Şuşanın, digər ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı vəsiyyətini yerinə yetirməyə nail oldu.
44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, məmləkətimizə yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə sonuclanıb. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub.
Deyə bilərik ki, bu dəfə Azərbaycanın qarşısında daha təşkilatlanmış və dünyadakı ayrı-ayrı güc mərkəzləri tərəfindən daha əmin-arxayın edilmiş məkrli düşmən dayanmışdı. Elə bir düşmən ki, dünyanın ən böyük təşkilatı olan BMT-nin belə qətnamələrinə məhəl qoymur, hətta yeni ərazilər uğrunda yeni müharibə iddiaları səsləndirirdi.
Bu kimi faktlar Azərbaycan Prezidenti İlham Əliyevin, Ordumuzun qarşısında necə çətin bir vəzifənin dayandığı barədə konkret təsəvvür yaradır. Lakin Müzəffər Lider İlham Əliyev ayrı-ayrı azərbaycanafob mərkəzlərdə qurulan planları dağıtmağı, alt-üst etməyi bacardı. 44 günlük müharibədə qazanılan böyük Qələbənin memarı məhz İlham Əliyevdir. O, hələ müharibədən əvvəl qətiyyətlə bildirirdi ki, istənilən vasitə ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail olacaq. Prezident İlham Əliyev eyni vaxtda həm diplomatik səyləri gücləndirir, həm də müharibə hazırlıqlarını davam etdirirdi. Zaman bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev apardığı siyasətdə milli maraqları hər şeydən üstün tutur və nəyi, nə zaman, necə etməyin lazım olduğunu hamıdan yaxşı bilir.
Hər bir məsələdə müasir yanaşma tətbiq edən İlham Əliyev Vətən müharibəsində də novatorluq nümunəsi sərgilədi. Bu müharibənin, tətbiq olunan taktikaların dünya hərb tarixində analoqu yoxdur. Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdə kimi döyüş əməliyyatlarını elə planlaşdırmışdı ki, Ordumuz müharibənin hər günündə irəlilədi və yeni-yeni zəfərlərə imza atdı.
Qələbənin təmin olunmasında əsas amillərdən biri - iqtisadi müstəqillik
Bəli, müharibələrdə ordular üz-üzə gəlir. Ancaq güclü iqtisadiyyat olmadan güclü ordu quruculuğundan danışmaq da əbəsdir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki fəaliyyəti, heç şübhəsiz ki, dövlət quruculuğunun bütün istiqamətlərini əhatə edirdi. Ölkənin qarşısında dayanan çoxsaylı prioritetlər sırasında əsas məsələlərdən biri də milli iqtisadiyyatın gücləndirilməsi idi. Ulu Öndər xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Heydər Əliyevə AXC - Müsavat iqtidarından dağıdılmış, təchizat-satış əlaqələri pozulmuş iqtisadiyyat miras qalmışdı. Belə vəziyyətdə Heydər Əliyev iqtisadiyyatın dirçəlməsinə yönələn müdrik qərarlar qəbul etdi, o cümlədən 100-dən çox Fərman və Sərəncam imzaladı. Ulu Öndərin təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edildi. Nəticədə 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı.
Ən vacib məqamlardan biri o oldu ki, ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Ulu Öndərin səyləri ilə 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan sənəd imzalandı.
“Əsrin müqaviləsi”nin imzalanması sonrakı illərdə ölkənin inkişafı üçün geniş imkanlar açdı.
Ulu Öndərin əsasını qoyduğu tərəqqi siyasətini ardıcıllıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi böyük uğurudur. Biz forpost dövlət olan Ermənistanın timsalında məhdud iqtisadi imkanların hansı ağır fəsadlara yol açdığını aydın şəkildə görürük. Bu ölkə yalnız sözdə müstəqildir, əslində isə asılı vəziyyətdədir, öz problemlərini özü həll etmək iqtidarında deyil. Buna görə də daim ayrı-ayrı güc mərkəzlərinin diktəsi və təsiri altında siyasi qərarlar qəbul etmək məcburiyyətində qalır. Azərbaycan isə dünyaya iqtisadi cəhətdən güclü, müstəqil siyasi qərarlar verən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət modeli təqdim edir. Bu gün dünyada elə bir güc yoxdur ki, Azərbaycanla diktat dili ilə danışsın. O cümlədən respublikamız Vətən müharibəsində şanlı Qələbəni də məhz öz gücünə təmin etdi.
Böyük Qələbənin tacı - Şuşa zəfəri
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi isə xalqımız üçün xüsusi önəm daşıyır. 2020-ci ilin çiskinli payız günlərində cığırlardan keçib Şuşaya çatan hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. Vətən müharibəsi günlərində KİV-də bir foto manşetlərdə təqdim olundu. Həmin fotoda əlində silah, çiyinlərində yaralı səngər yoldaşını daşıyaraq dağlardan keçən cığırla Şuşaya doğru irəliləyən Azərbaycan əsgəri təsvir olunmuşdu. Budur, bizim hərbçilərin sərhəd tanımayan Vətən, torpaq və Şuşa sevgisi! Şuşanın azad olunması 44 günlük müharibənin taleyini həll etdi. Düşmən bundan sarsıldı və müqavimət göstərməyin mənasız olduğunu anladı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Həmin sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olara, sonrakı mərhələdə düşmən Ağdamı, Kəlbəcəri və Laçını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünə hərbi-siyasi yolla nail oldu.
Şuşanın işğaldan azad edilməsinə xüsusi önəm verən Prezident İlham Əliyev mayın 10-da ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciətini də məhz mədəniyyət paytaxtımızdan etdi. “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır”, - deyə Prezident İlham Əliyev bəhs olunan müraciətində böyük qürur hissi ilə vurğulayıb.
Yazı Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda təşkil etdiyi fərdi yazı müsabiqəsinin “Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru” istiqaməti üzrə təqdim olunur
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26

