Kerobyanın təklifi Fransa üçün “hazırlanıb”...
19.05.2023 [19:11]
Brüsseldəki son danışıqlardan sonra Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın Naxçıvandan keçən dəmir yolunun işə salınması üçün Dünya Gömrük Təşkilatına dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı. Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mayın 17-də parlamentdə jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini təqdim edir. “Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə üsulu planlaşdırılıb və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti olmalı imiş. Lakin onlardan başqa bütün dünyada sənədlərinə etibar edilən fransız şirkətləri də var”, - deyə Kerobyan bildirib.
Təbii ki, bu açıqlamada bir sıra məqamlar diqqəti cəlb edir. Ilk olaraq vurğulanmalıdır ki, Kerobyanın “nümunə” olaraq göstərdiyi İsveçrə şirkəti SGS (Societe Generale de Surveillance) şirkətidir. Bu şirkət Rusiya Federasiyası, Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya arasındakı gömrük tənzimlənməsini həyata keçirməli idi. Gömrük monitorinqi üçün SGS nümayəndələri regionda dörd şərti mövqe tutmalı idilər: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya “sərhədlərində”, başqa sözlə, Gürcüstanın beynəlxalq səviyyədə tanınan, amma nəzarətindən kənarda olan sərhədlərində. O cümlədən Gürcüstanın inzibati saydığı Abxaziya-Gürcüstan və Cənubi Osetiya- Gürcüstan sərhədlərində. Aparılan araşdırma göstərir ki, Kerobyanın müqayisəsi hər bir halda səhvdir.
Kerobyanın açıqlamasında ən maraqlı cəhət isə Naxçıvanla kommunikasiya məsələsində İsveçrə şirkətinin deyil, Fransa şirkətinin təmsilçiliyini “irəli” sürməsidir. Təbii ki, burada məqsəd bəllidir - onsuz da danışıqlar prosesindən kanarda qalan Parisin “könlünü almaq” istəyən İrəvan hakimiyyəti bu və ya digər yolla yenidən Fransanı prosesə daxil etmək istəyir. Dəfn edilmiş ATƏT-in Minsk Qrupundan dişində “şirə qalmış” Ermənistan bu yolla “bacısına” yarınmaq istəyir.
İnternet resurslarında apardığımız araşdırmalardan bəlli oldu ki, adıçəkilən İsveçrənin SGS şirkətinin xidmət apardığı sahədə əsas rəqibləri Bureau Veritas, Germanischer Lloyd (GL), Cotecna (uyğunluq testi üzrə) və Core Laboratories (malların keyfiyyət və kəmiyyət yoxlanışı sahəsində) şirkətləridir. Bunlardan Germanischer Lloyd (GL) Norveç, Cotecna İsveçrə, Core Laboratorie isə amerikan şirkətidir.
S.İsmayılzadə
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

