Heydər Əliyevin Azərbaycan əsəri
19.05.2023 [10:35]
İlmə-ilmə toxundu, pillə-pillə ucaldı!
Günel ABBASOVA
Əhməd bəy Ağaoğlunun çox bəyəndiyim bir ifadəsi var. “Hakimiyyət idarə etdiyi xalqın qəlbinin aynasıdır”. İllər boyu xalqların iradəsi necə olubsa, liderlər də həmin xarakterdə olub. 1990-cı illərdə Azərbaycan xalqı öz müqəddəratını təyin etmək gücündə idi. Xalq ayağa qalxmış, boyunduruq altında yaşamağa qarşı çıxmışdı. Əlbəttə, tarix öz ədalətini Azərbaycan xalqından əsirgəmədi. Xalqın iradəsi, inamı qədər güclü, xalqın içindən çıxan bir lider yetirdi.
Tarixi mühakimə etmək olmaz. Faktlar göstərir ki, Azərbaycan xalqı Heydər Əliyevi təkidlə hakimiyyətə gətirdi. Heydər Əliyev xalqın inamını bütün sahələrdə doğrultdu və bu hissləri sevgiyə çevirdi. Heydər Əliyev xalqın sadə nümayəndələrinin nəbzini tutmağı yaxşı bacarırdı, çünki özü də sadə bir ailədə böyümüşdü. Heç şübhəsiz, xalqın istəklərini bilir və bu istəkləri yerinə yetirirdi. Bu da Heydər Əliyevi xalqın gözündə ucalara qaldırırdı. Heydər Əliyev xalqın istəkləri ilə yanaşı, yaralarını da görürdü. Bilirdi ki, o yaraların sağalması yalnız işğal altındakı torpaqların azad olunmasına bağlıdır. Sağlığında “Qarabağa qayıdacağıq” ifadəsini tez-tez səsləndirən Heydər Əliyev bu arzunun da reallaşmasına miras qoyduğu siyasi xətti ilə nail oldu.
Bu gün Azərbaycanın regiondakı siyasi, iqtisadi yüksəlişi Heydər Əliyev yolu ilə bağlıdır. Heydər Əliyev dünyasını dəyişsə də, arzuları, sevgisi, istəyi dəyişmədi. Sağlığında imzası, ölümündən sonra arzusu ilə tarix yazdı. Şuşanı azad, Azərbaycanı yüksəklərdə görmək istəyi real olduqca Heydər Əliyevin də ruhu şad olacaq...
Milli dövlətçilik hər bir xalqın ictimai-siyasi təkamülünün ən yüksək zirvəsi, özünütəsdiq arzularının təntənəsi, milli duyğularının intibahı, etnik və sosial psixologiyasının kamillik meyarıdır. Müstəqil və suveren dövlət onun üçün uzun əsrlər boyunca təşnə olmuş hər bir cəmiyyətdə dəyərlər dəyəri səviyyəsinə yüksəlir. Millətin öncül şəxsiyyətlərindən tutmuş ən sıravi vətəndaşlara qədər hamı misli görünməmiş ruh yüksəkliyi ilə milli dövlət quruculuğu prosesinə qatılır, bu yolda canlarından, qanlarından keçməyə belə hazır olurlar. Lakin müstəqillik düşüncəsi yoxdan var olmadığı kimi, dövlətçilik təfəkkürü də insanlara bu təfəkkürün daşıyıcıları və qoruyucuları tərəfindən gərgin zəhmət bahasına aşılanır.
Azərbaycanda milli dövlətçilik ənənəsi adına nə varsa, məhz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi, iqtisadi və sosial-mədəni inkişaf kursuna müvafiq şəkildə formalaşıb. Heydər Əliyev bizi necə formalaşdırdı? sualı, əslində, milli vicdanımızın səsidir. Bir millət kimi özümüzü daha yaxşı tanımaq və dərk etmək istəyiriksə, bu sorğuya ədalətli və düzgün cavab tapmalıyıq. Milli yaddaşımıza tarixin dönüş nöqtəsi kimi əbədi həkk olunmuş möhtəşəm Qayıdış Gününə qədər nəyimiz vardı və bundan sonra nələrə nail olduq? Milli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdarkən sələflərindən dağılmış, qarət olunmuş, heysiyyatı tapdanmış, daxili münasibətləri vətəndaş müharibəsi həddində gərginləşmiş bir millət və cəmiyyət təhvil almışdı.
Heydər Əliyev hələ 1991-ci ildə SSRİ Ali Sovetinin birinci sessiyasındakı çıxışı zamanı belə bir ifadə işlətmişdir: “... Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz...”
Klassik politoloji meyarlarla yanaşsaq, o dövrdə Azərbaycanda ali hakimiyyət institutu kimi hansısa dövlətin mövcudluğundan danışmaq belə düzgün olmazdı. Dəqiq bənzətmədir ki, o zaman Azərbaycan hələ heç bir proqramla yüklənməmiş kompüter prosessorunu xatırladırdı. Bu durumda uzağa getmək olmazdı. İnkişafının həmin mərhələsində Azərbaycan ya məhv olmaq, ya da sivil dövlət quruculuğu yoluna keçmək zərurəti ilə qarşı-qarşıya idi. Tezliklə Heydər Əliyev dühasının nurunda öz inkişaf yolunu tapan məmləkətimiz yeni əsrə artıq bütün dövlətçilik komponentləri öz yerinə oturdulmuş, dünyanın ən mütərəqqi sivilizasiya ocaqları il? normal, bərabərhüquqlu qarşılıqlı münasibətlər saxlayan, beynəlxalq birlikdə tanınan və qəbul olunan müstəqil bir dövlət kimi qədəm qoydu.
Heydər Əliyevin tarixi-siyasi fəaliyyətinin müxtəlif aspektlərinə dair çox yazılıb, çox deyilib, hələ bundan sonra daha çox yazılacaq, deyiləcək. Heydər Əliyev bugünkü Azərbaycan xalqını özü, öz əli ilə yetişdirib. Başqa sözlə, Azərbaycan xalqı indiki zəngin, ölçüyəgəlməz potensialı və kinetikası ilə Heydər Əliyev dühasının şah əsəridir. Bu əsərin indiki kamil “variantına” düşməsi, gəlib çatması uzun illərin yaradıcılıq əzablarının, yuxusuz gecələrin, gərgin nəzəriyyəçi, genetik, filosof, seleksioner, təşkilatçı və təbliğatçı əməyinin qanunauyğun nəticəsi kimi meydana çıxmışdır. Bu baxımdan “Heydər-xalq, xalq-Heydər” şüarına Azərbaycan reallığının ən aşkar labüdiyyəti kimi yox, yalnız ritorik məzmun və patetik intonasiya daşıyıcısı kimi baxanlar, onun cövhərindəki bitməz-tükənməz enerji nurunu görmək istəməyənlər həddən artıq yanılırlar. Bu, boğazdan yuxarı deyilmiş, hansısa bədii təxəyyülün, hətta nadir və azsaylı kükrəyiş təzahürlərindən biri zamanı təsadüfən doğmuş və dillərə düşmüş simvolik ifadə olmayıb, son 30 illik tariximizin ən danılmaz qanunauyğunluğunu açıb göstərən müdrik bir qanadlı ifadədir. Heydər Əliyev və Azərbaycan xalqı anlayışları arasında ictimai düşüncəmizdə çoxdan qoyulmuş və artıq daşlaşmış bu bərabərlik işarəsi xalqımızın rasional təfəkkürünün guşə daşını təşkil edir. Həmin guşə daşı isə Heydər Əliyev dühasına xas qlobal, həqiqətə tarixi düşüncə sisteminin inkişaf tendensiyasını, onun strukturunu bütün dəqiqliyi ilə əks elətdirir.
Tarix Heydər Əliyevin taleyine tək Azərbaycan xalqını formalaşdırmaq missiyasını yazmayıb, onun alnına həm də müstəqil Azərbaycan dövlətini qurmaq və möhkəmləndirmək yazılıb. Qısa bir müddətdə parçalanmış, xara bazara çevrilmiş bir ölkəni diz üstə çökməkdən xilas etmək, onun gözünə nur, ürəyinə təpər vermək, onu dövlət sahibi eləmək, siyasi və iqtisadi cəhətdən inkişaf etdirmək yalnız bu dahi şəxsiyyətin hesabına mümkün olub. Respublikamız öz taleyinin sərəncamvericisi olan demokratik bir dövlət, zəngin təbii sərvətlərə malik bir ölkə kimi artıq bütün dünyada tanınır. İndi daha bizi həm də zəngin tarixi mədəniyyətə, iqtisadi cəhətdən inkişaf etmiş və yüksək potensiala malik ziyalı ölkə kimi tanıyırlar. Azərbaycan mütəxəssisləri istər ölkəmizin daxilində, istərsə də xaricdə dünyanın tanınmış ali məktəblərinin məzunları ilə çiyin-çiyinə uğurla çalışırlar. Azərbaycan incəsənətinin nadir nümunələri
UNESCO-nun dünya mədəniyyət inciləri siyahısına daxil edilib, Azərbaycan idmançılarının sorağı Olimpiya oyunlarının qalibiyyət kürsülərindən gəlir.
Heydər Əliyev Azərbaycan xalqı üçün nəyin hansı dərəcədə vacib və zəruri olduğunu da, üst qatında liberal illüziyalar hökm sürən dünya siyasətinin dərin qatlarında hansı dəyərlərə dayandığını, hər halda, ona demokratiya dərsi vermək fikrinə düşənlərdən qat-qat aydın dərk edir. Odur ki, beynəlxalq təşkilatların dəstəyinə bel bağlayaraq, özlərini dövlətsizləşdirmə xəttinin tərəfdarları kimi göstərənlərin bütün cəhdlərinə baxmayaraq, dünyanın gerçək siyasi qüvvələrində (ilk növbədə azərbaycanpərəst qüvvələrdə) məhz Heydər Əliyevin dövlətçilik konsepsiyası daha doğru və haqlı təsir buraxacaqdır .
Bu gün Azərbaycan dövləti dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıların milli iradəsini təcəssüm etdirən, bütün müasir atributlarla təmin olunmuş ali hakimiyyət təsisatıdır. Beləliklə, nəticə budur ki, Şah İsmayıl Xətaidən sonrakı 500 ildə ilk dəfə olaraq məhz Heydər Əliyev Azərbaycan xalqına həqiqətən də milli, çağdaş, əbədi dövlətçilik modeli vermiş və həmin modeli nəzəriyyədə deyil, real həyatda gerçəkləşdirmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqı özünün əsrlərlə yaşı olan Azadlıq idealının təsdiqini milli-etnik potensialımızın ən yüksək meyarı hesab etdiyi
Heydər Əliyevin siyasi əzəmətində görür. Bir dəfə Heydər Əliyevdən soruşurlar ki, bəyan etdiyi yüksək idealları həyatda pozduğu olubmu? Ulu Öndər belə cavab verir: “Əlimi ürəyimin üstünə qoyub deyirəm: heç vaxt pozlamamışam! Uzun ömür sürdüm, 13 il respublika partiya təşkilatına rəhbərlik etmişəm - namusla xidmət etmişəm, xalqımın mənəvi təmizliyi uğrunda mübarizə aparmışam. Ola bilsin ki, bu mübarizədə mən özümə xeyli düşmən qazanmışam, çünki ilk növbədə natəmiz adamlarla vuruşmuşam. Təəssüf ki, onların yüksək müqavimət göstərmək bacarığı vardır, canları bərkdir - vəziyyət dəyişən kimi baş qaldırırlar. Mən xalqım qarşısında təmizəm! Bu da mənim ən böyük sərvətimdir”.
Dövlətimizin işıqlı gələcəyini onun qurucusu Heydər Əliyev siyasi xəttində görən xalqı isə siyasi innovasiyalar yox, Azərbaycanın gələcək taleyi maraqlandırırdı. Xalqımız Azərbaycan dövlətinin təşəkkülünü Heydər Əliyevin müqəddəs adı ilə bağladığı kimi məmləkətin ondan sonrakı taleyini də təsadüfi adamlara və onların təcəssüm etdirdikləri təsadüfi ideyalara etibar edə bilməzdi. Azərbaycan ötən on ildə Heydər Əliyevin rəhbərliyi altında ən azı bir əsrin sıçrayışını etmiş, tale qardaşları olan keçmiş sovet respublikalarından çoxunu arxada buraxmışdır. Artıq əhalinin çoxuna məlum idi ki, ölkənin gələcəyi hakim siyasi kursun ardıcıl surətdə davam etdirilməsi şərti ilə bağlıdır. Yalnız Heydər Əliyevin açdığı bu yolla fasiləsiz, davamlı və sürətlə hərəkət etməklə biz dünyanın siyasi xəritəsində haqq etdiyimiz mövqeyi tuta bilərdik.
Azərbaycan seçicisi sadəcə, yaxın keçmişindən utanır, ötən əsrin 90-cı illərinin sonunda yaşadığı faciələri bir daha təkrarlamaq istəmirdi. Sabahını Heydər Əliyevin tədrici təkamül strategiyasına bağlayan Azərbaycan xalqı İlham Əliyevə səs verməklə bir növ, çətinliklə bərpa etdiyi qürurunu, ləyaqətini sığortalayır, dövlətini qorumuş olurdu. Bu baxımdan İlham Əliyev Heydər Əliyev dövlətçiliyinin və deməli, gələcəyin, müxalifətdən irəli sürülmüş namizədlər isə üzüntülü keçmişin simvolları kimi dərk olunurdu. Beləliklə, İlham Əliyev hakimiyyətə çoxəsrlik əzabkeş aqibətindən bezmiş bir xalqın nicat arzusunun şəxsləndirilmiş təzahürü və milli yüksəliş kursunun ümumxalq inamı qazanmış teminatçısı simasında gəlmişdir. Bu, demiurq missiyasıdır və İlham Əliyev ötən müddətdə öz missiyasının öhdəsindən bacarıqla gəlmişdir. Xalqın ona bəslədiyi ümidlərin sosial-psixoloji cəhətdən əsaslandırılmış mifik mahiyyətini dərk etdikdən sonra asanlıqla anlamaq mümkündür ki, bu gün Azərbaycan ictimaiyyəti nə ölkənin daxilində, nə də xaricində İlham Əliyevə alternativ ola biləcək siyasi qüvvə görmür. Əminliklə demək olar ki, bu gün tənəzzüldən tərəqqiyə çatan böyük, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir.
Yazı “Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu” istiqaməti üzrə Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında elan etdiyi fərdi yazı müsabiqəsinə verilir
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

