Növbəti görüşdə də...
16.05.2023 [11:18]
Ukrayna məsələsi diqqət mərkəzində olacaq
Nardar BAYRAMLI
İyunun 15-16-da Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin planlaşdırılan görüşü keçiriləcək. Bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. Görüş alyansın qərargahında Baş katib Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək. Müdafiə nazirlərinin görüşündə Rusiya-Ukrayna müharibəsi, rəsmi Kiyevə dəstəyin davam etdirilməsi xüsusi diqqət mərkəzində olacaq.
Ümumiyyətlə, Rusiya-Ukrayna münaqişəsinin sonu görünməz olaraq qalır. Ötən il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir.
Rusiya-Ukrayna müharibəsi geosiyasi proseslərə də əhəmiyyətli dərəcədə təsir edib. ABŞ, Avropa İttifaqı Rusiyaya ciddi sanksiyalar tətbiq edir. Avropa İttifaqı tərəfindən sayca 11 sanksiyalar paketi qəbul olunub. Məqsəd Rusiyanın iqtisadiyyatını zəiflətmək, bununla da rəsmi Moskvanı müharibəni dayandırmağa məcbur etməkdir. ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün fəal hərbi yardım da göstərirlər. NATO-ya üzv ölkələrin müdafiə nazirlrərinin əvvəlki görüşlərində də rəsmi Kiyevə dəstək məsələləri müzakirə olunub. Nazirlər həmçinin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramştayn” formatında da vaxtaşırı olaraq toplantılar keçirirlər. Son toplantıda ABŞ-ın müdafiə naziri Lloyd Ostin xarici tərəfdaşları Ukraynaya kömək etməkdə daha qətiyyətli olmağa çağırıb. Lloyd Ostinin sözlərinə görə, Ukrayna dünyanı ruhlandırıb, Rusiya isə sursat çatışmazlığı və ağır döyüş itkiləri ilə üzləşib. Azad və suveren Ukrayna güclü dəstək aldıqda, Kreml yenidən bir neçə müttəfiqindən təchiz üçün kömək istəməlidir. “Daha dərinə getməyin vaxtıdır. Ukrayna xalqı bizi izləyir, Kreml bizi izləyir, tarix də bizi izləyir. Ona görə də biz Ukraynanın Rusiya imperiyasının təcavüzündən müdafiəsinə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik və tərəddüd etməyəcəyik”, - deyə ABŞ müdafiə naziri əlavə edib. ABŞ Ukraynaya həcmi 2,5 milyard dollar olacaq yeni hərbi yardım paketini elan edib. ABŞ ölkələrin sərhədlərinin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipini dəstəkləməyə davam edəcək.
Prezident Volodimir Zelenski müttəfiqlərini Ukraynaya uzaqmənzilli raketlər və F-16 qırıcıları göndərilməsinə çağırır. “Ukraynanın uzaqmənzilli raketlər və döyüş təyyarələri ilə təmin edilməsi, müttəfiqlərin indi göstərdiyi yardımdan daha yüksək addım olardı”, - deyə Zelenski bildirib.
Son dövrlər NATO-nun bəzi ölkələri Ukraynaya “Leopard” tankarı və F-16 əvəzinə MİQ-29 hərbi təyyarələri verib. Lakin rəsmi Kiyev hələ də F-16-ları almaqda israrlıdır. Bu istiqamətdə danışıqlar davam edir. NATO müdafiə nazirlərinin növbəti görüşündə sözügedən məsələ də diqqət mərkəzində olacaq.
Ukraynaya verilən xarici hərbi dəstəyi isə rəsmi Moskva etirazla qarşılayır. Xatırladaq ki, bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında demişdi ki, NATO və ABŞ-ın Ukraynaya dəstəyi və silah yardımı münaqişələr dövriyyəsinə səbəb olub. O, NATO-nun Ukrayna müharibəsində birbaşa və ya dolayısı ilə iştirak etdiyini iddia edib: “NATO ölkələrinin birbaşa və ya dolayısı ilə bu münaqişəyə qarışdığını görürük. Bu gərginliyin artmasını davam etdirmək üçün siyasi iradə nümayiş etdirdiklərini də eşidirik. Ukraynanın döyüş meydanında qalib gələcəyi ilə bağlı yanlış təsəvvür yaranıb. Bu, yuxarıya doğru münaqişələr dövriyyəsinə səbəb olur”. ABŞ-ın Kiyevə tank yardımı haqqında danışan Peskov bu vəziyyətin Ukrayna üçün problem yaradacağını bildirib: “Bunun nəticələri Ukrayna üçün mütləq mənfi olacaq. Biz dəfələrlə demişik ki, bu cür göndərişlər prinsipcə heç nəyi dəyişə bilməz, əksinə, Ukrayna və onun xalqı üçün yeni problemlər yaradacaq. Mütəxəssislərimiz də bu tədarüklərlə bağlı yaranacaq problemlərdən xəbərdardırlar. Həmin tankların texniki baxışa və təmirə ehtiyacı var. Üstəlik, bu tankların çatdırılması Rusiyanın öz məqsədlərinə çatmaq səylərini dəyişməyəcək. Üçüncü ölkələrə yüklərin daşınması ilə bağlı qanuni məhdudiyyətləri nəzərə almaq vacibdir. Çünki bütün göndərişlər hərbi təyinatlı mallardır”.
Mövzu ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, NATO Rusiya ilə savaşa birbaşa qoşulmağa ehtiyat etsə də, qarşıdurma üçün məkan kimi Ukrayna ərazisini seçib. Aydındır ki, Ukrayna ordusunun şəxsi heyətinin təkmilləşdirilməsi, potensialının artırılması, bu ölkəyə müxtəlif silah və hərbi texnikaların verilməsi NATO-nun hesabınadır. Burada NATO-nun siyasi, maliyyə, hərbi, loqistik dəstəyi həm müharibənin müddətini uzadır, həm də Ukraynanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı kontekstində münaqişənin həlli ilə bağlı bir mövqe ortaya qoyur.
Politoloqun fikrincə, müharibənin uzun müddət davam etməsi proqnozlaşdırılan deyildi:
“2023-cü ilin əvvəlindən Rusiyanın hücumları intensivləşdirməsi onu deməyə əsas verir ki, müharibə tez bir zamanda bitməyəcək. Ukrayna da işğal faktı ilə razılaşmır, ərazilərini azad etmək istiqamətində qətiyyətlidir və burada NATO-nun dəstəyi öz rolunu oynayır. NATO müdafiə nazirlərinin toplantısı da onu təsdiqləyir ki, Qərbin rəsmi Kiyevə dəstəyi azalmayacaq. NATO əvvəl olduğundan daha çox miqyasda Ukraynaya hərbi yardım göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

