Qərbin Ukraynaya uzanan “dost əli”...
16.05.2023 [10:56]
Avropa Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcək?
Şahanə XANKİŞİYEVA
Artıq bir ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın yeni siyasi mənzərəsinin formalaşmasında mühüm rol oynayır. Hərbi toqquşmaların intensivləşməsi, xüsusilə Baxmut uğrunda gedən döyüşlər müharibə ssenarisinin davam edəcəyini deməyə əsas verir. Belə olan halda isə, Ukrayna yenidən “dost köməyi”nə ehtiyac duyacaq. Başqa sözlə, Avropa yenidən rəsmi Kiyevi bu və ya digər formada dəstəkləməlidir. Həm iqtisadi, həm siyasi, həm də hərbi rıçaqlar Kremli müharibədən çəkinməyə vadar etməlidir.
Bu mənada prezident Zelenskinin “Avropa turu” Rusiyaya qarşı mübarizənin daha da stimullaşdırılması üçün mühüm əhəmiyyət daşıya bilər. Nəzərə alsaq ki, Avropanın bəzi nöqtələrindən artıq Ukraynaya dəstək ifadə olunub, səfəri “uğurlu” saymaq da olar. Məsələn, Yelisey sarayında baş tutmuş görüşdə Fransa və Ukrayna prezidentləri Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa və tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti gücləndirməyə çağırışlar ediblər. Prezident Makronun ukraynalı həmkarı ilə görüşünün yekunlarına dair yaydıqları birgə bəyanatda qeyd olunub ki, Ukrayna və Fransa yeni sanksiyalar vasitəsilə Rusiyaya kollektiv təzyiqin artırılmasının zəruriliyi ilə razılaşır.
Qeyd edək ki, indiyə qədər Rusiyanın Ukraynaya hücumu ilə bağlı Kremlə qarşı 11 sanksiya paketi hazırlanıb - bunlardan 10-u qəbul edilib, sonuncu isə müzakirə mərhələsindədir. Bunlar isə özündə elektrik şəbəkələri və ya qaz provayderləri kimi mühüm infrastruktur şirkətlərinə, Rusiyanın ən böyük bankalarına, yük maşınları, digər ağır nəqliyyat vasitələri, tikinti maşınları, nasoslar və tikinti sektorunda istifadə olunan digər maşınların idxalına, Rusiyanın energetika və dağ-mədən, Rusiya biznesinin xidmət investisiya qadağaları ölkəni iqtisadi cəhətdən tənəzzülə aparan iqtisadi sanksiyaları ehtiva edir. Avropanın hərbi dəstəkdən daha çox iqtisadi dəstək nümayiş etdirməsinə gəldikdə isə, bəzi mütəxxəsislər bunu köhnə qitənin “demokratiya” prinsiplərinə əsaslanması ilə əlaqələndirir. Belə ki, bu iqtisadi sanksiya paketləri, bir növ Rusiyanın hərbi infrastrukturuna da maliyyə baxımdan ciddi şəkildə ziyan vurmaq xarakteri daşıyır.
Xatırladaq ki, Zelenski Avropa turu çərçivəsində Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Polşa və digər Avropa ölkələrinin liderləri ilə görüşüb. Bu görüşlərdə yardım üçün Kiyevə döyüş təyyarələrinin göndərilməsi istisna edilməsə də, qəti fikir də söylənilməyib.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq İlyas Hüseynov bildirib ki, rəsmi Kiyev Qərb auditoriyasına böyük ümid bəsləyir. Qərbdən hərbi, siyasi, iqtisadi, maliyyə, mənəvi dəstəyi proqnozlaşdırır. Məhz Ukraynanın dəstəkçisi olan Qərb dövlətləri, NATO ölkələri bu gün Ukraniyanın hərbi təchizatının formalaşdırılmasında mühüm rol oynayır: “Artıq Baxmutda Ukraynanın mövqeləri bir qədər güclənir. Hazırda Rusiya mövqelərinin geri çəkilməsi, Ukraynanın əks-hücum əməliyyatlarında iştirakı daha çox ehtimal olunur. Məhz bunun üçün əks-hücum əməliyyatlarını daha da gücləndirmək siyasi və diplomatik müstəvidə müəyyən üstünlüklərə nail olmaq lazımdır. Zelenski hazırda Avropadan daha çox dəstək qazanmaq niyyətindədir. Hazırda sanki müharibənin yeni bir mərhələsi başlayacaq. Baxmut döyüşləri bu fikri daha da qətiləşdirir. Belə görünür ki, artıq Ukrayna yeni mərhələdə daha çox siyasi və hərbi dəstəyə ehtiyac duyur. Ona görə də Zelenski bu gün Qərbin dəstəyini daha çox əldə etmək üçün çalışır. Eyni zamanda, problemin diplomatik və ya siyasi yollarla həlli ilə bağlı heç bir müzakirə aparılmır. Bu isə təəssüf doğuran məqamdır. Məsələni siyasi yolla həll etmək imkanları demək olar ki, tükənib. Çünki sülh üçün əsas vasitəçi dövlət Türkiyə idi. Türkiyədə isə prezident və parlament seçkiləri keçirilir. Öz növbəsində, tərəflər də məsələnin siyasi sahədə çözülməsinin ehtimallarını nəzərdən keçirmirlər. Bu isə məsələnin məhz döyüş əməliyyatları teatrında, hərbi üsulla həll olunacağını deməyə əsas verir”.
İ.Hüseynov Rusiyaya tətbiq edilən sanksiyaların hərbi təchizat məsələsində də böyük əhəmiyyət daşıdığını irəli sürüb. Onun fikrincə, Ukrayna bu məqamı bilir. “Ukrayna prezidenti hazırda avropalı tərəfdaşları ilə birgə Rusiyanın hərbi üstünlüklərinin qarşısının alınmasına doğru həmlələr edir. Bu, müəyyən zaman çərçivəsində hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarının neytrallaşdırılması, digər müdafiə sistemlərinin tədarükü məsələlərini aktuallaşdırır. Bu kimi ehtiyaclarla bağlı isə bu sahədə daha çox inkişaf etmiş dövlətlərə müraciətlər edilir. Fransa və Böyük Britaniya ilə əməkdaşlığın genişlənməsi Ukrayna üçün mühüm əsasları özündə əks etdirir. Hətta uzun illərdir neytrallığını qoruyan İsveçrə də bu gün Ukraynaya hərbi tədarükləri nəzərdən keçirir. Bu məsələ bütövlükdə Avropanın təhlükəsizlik sistemi üçün mühüm şərt olduğundan həlli vacib sayılır”, - deyən politoloq onu da əlavə edib ki, Avropa bu baxımdan Ukraynaya güclü hərbi logistik dəstək verir. Artıq Polşa təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə hərbi təlimlərə start verib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qərb Ukraynaya həm siyasi, həm də güclü hərbi dəstəyini davam etdirmək fikrindədir.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

