Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalı məlum olub

12.05.2023 [12:42]

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun nizamnamə kapitalının yuxarı həddi 500 min ABŞ dolları müəyyən edilib.

Bunu Milli Məclisin deputatı Məşhur Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

“Fondun yaradılması barədə sazişə əsasən, baş ofis Daşkənddə, nümayəndəlik isə Bakıda olacaq. Fondun nizamnamə kapitalında Azərbaycanın payı 75 %, Özbəkistanın payı isə 25 %-dir. Fond gələcək layihələrə tərəfdaş olacaq. Fondun təsisçiləri sazişin qüvvəyə minməsindən sonra 60 gün ərzində müəyyən ediləcək. Fondun nizamnamə və investiisya qaydalarının hazırlanması üçün məsləhətçi şirkət cəlb ediləcək. Fondun Azərbaycan və Özbəkistan, eləcə də III ölkələrdə investisiya qoyması nəzərdə tutulub”, - deyə o qeyd edib.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30