Sadəcə ayıbdır!
12.05.2023 [10:30]
44 günlük ikinci Qarabağ savaşından ötən dövrdə Azərbaycanın bu regionunda və Ermənistanla sərhəddə baş verənləri dar düşüncəli, özünü hakimiyyətə müxalif adlandıran “siyasilərin” necə şərh etdiklərini müşahidə edirəm. Özünü siyasətçi, Azərbaycan müxalifətinin aparıcı şəxsləri hesab edən bu şəxslər, Qarabağ bölgəmizdə hər baş verən istənilən hadisədən, hər dəfə öz “siyasi” maraqlarını “çəkib çıxarıb” onu hakimiyyətə və Prezidentə qarşı istifadə etməyə cəhd edirlər. Baş verən hadisələrin incəliklərini dərk etməkdən çox uzaq olan bu kəslər, əslində atdıqları addımlarla düşmən dəyirmanına su tökdüklərinin fərqindədirlər. Onların bir çoxu 90-cı illərin əvvəllərində qaragüruhla hakimiyyətə gəlib, siyasi savadsızlıq üzündən, yenicə müstəqilliyini elan etmiş dövləti az bir müddətdə dərin bataqlığa salmış şəxslərdi. Dişlərində hakimiyyət şirəsi qalıb. Bu yolda bütün qaydasız siyasi savaş üsullarından (insan əxlaqına sığışmayan söyüşdən belə) istifadə etməyi özünə peşə seçənlər nə etmək istəyirlər?
Bəylər - ayıbdır, sadəcə ayıbdır! Azərbaycan Prezidenti İlham Əliyev hər bir azərbaycanlının yatıb yuxuda görə bilmədiyini 44 günlük müharibədə Azərbaycan xalqına bəxş etdi. Bu, sadəcə güc müharibəsi deyildi, bəylər, bu həm də ağıl müharibəsi idi! Bu, Qərbdən, Şərqdən, Şimaldan və Cənubdan olan nəhənglərin ortasında kiçik bir dövlətin hərbi-siyasi qələbəsi idi. Bu gün iqtidarlı, müxalifətli hər bir Azərbaycan insanı Qarabağda mövcud olmuş problemin birdəfəlik çözülməsini istəyir. Amma və lakin, ortada yalnız istəyin olması yetərli deyil cənab “siyasətçilər” və cənab özünə “müxalifət” deyənlər! Qarşımızda bu gün bütün dünyanın öhdəsindən gələ bilmədiyi, aqressiv şimal qonşumuz var! Belə bir qonşusu olan bir balaca dövlət, bu cür problemi ağılla və zamanı yetişdikcə hərblə həll edə bilər - hansınıki Azərbaycan Prezidenti etdi və edir!
Qarabağı erməni işğalına kim verdi? Təbii ki, Azərbaycan hakimiyyətinin başında dayanan o vaxtkı və bugünkü siyasi deletantlar! Öz müstəqillik kürsüsündə körpə uşaq kimi güclə oturan bir dövlətin nə haqqı idi ki, zamanı çatmamış rus qoşunlarının tələm-tələsik Azərbaycandan çıxmasını tələb etsin? Ağıllı olub, rusların buradakı iştirakından Qarabağ probleminin və hətta lazım gələrdisə, sovetlərin dağıldığı bir ərəfədə, elə sovetlər hökumətinin səhv qərarlarında düzəliş edib, Zəngəzurun taleyini həll etmək olardı. Məgər o dövrdə rus qoşunlarının buradakı imkanlarından yararlanmaq kimi hadisələr azmı olmuşdu? O dövrdə baş vermiş bu kimi hadisələr barəsində çoxları yaxşı bilirlər. Sadəcə sizin qaragüruha söykənən siyasi savadınız, o dövrdə rusların buradakı iştirakından istifadə etmək qədər mükəmməl ola bilmədi. Ermənilər isə sizin bu siyasi diletantlığınızdan məharətlə istifadə edib, Qarabağda və ətraf rayonlarımızda at oynadaraq onları işğal altına saldılar. Bəs sizlər, o vaxtdan bu vaxta qədər siyasi savadını bir zərrə qədər yetkinləşdirə bilməyənlər nə etdiniz? Yenicə ayaq üstə durmağa çalışan, zəif bir dövləti bir tərəfdən Rusiya ilə, digər tərəfdən İranla baş - başa gətirdiniz. Az qala ölümlə olum arasında olan gənc bir dövlətin həmin dövrdə bütöv Azərbaycan yaratmaq xülyasının vaxtı yetişmişdimi sizcə? O dövrdə bunu bəyan etməyin vaxtı idimi? Belə bəyanat hansı siyasi təfəkkürün məhsulu idi?
Mən o dövrdə mütəxəssis kimi dəvət olunaraq Azərbaycan Respublikasının Maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım. Sizlərin, Əli Kərmli, Pəhah Hüseynov, İsa Qəmbər, Arif Hacıyev kimi dövlətin ən mötəbər kürsülərində oturanların, dövləti necə idarə etdiyinin canlı şahidi olmuşam. Prezident aparatında üst mərtəbədə prezidentin imzaladığı fərmanla vəzifəyə təyin olunmuş şəxsin əlindən həmin fərmanı alıb - “Elçibəy qələt edib belə fərman imzalayıb” deyən siz - o vaxtkı dövlət katibi Pənah Hüseynov deyildinizmi? Baş nazir işlədiyiniz dövrdə ölkə iqtisadiyyatının günü - gündən uçuruma yaxınlaşdığı bir vaxtda, vəziyyəti nəzarətə götürmək üçün qətiyyətli və təsirli tədbirlər görmək əvəzinə, Rusiyadan gətirilmiş bir neçə vaqon avtomobil şinlərini siyahı ilə rayon avtobazaları arasında səhərdən axşama qədər baş nazirin kabinetində bölüşdürmək qədər cılız, baş nazir adına yaraşmayan işlərlə məşğul olan siz deyildinizmi? İqtisadiyyatın sürətlə çökməyə getdiyi bir vaxtda, mənim “Bakinskiy Raboçiy” qəzetində Maliyyə nazirinin birinci müavini kimi yazdığım “Azərbaycan iqtisadiyyatı uçurumun bir addımlığındadır” başlıqlı məqaləm üçün məni Milli Məclisin sədri kimi kabinetinə dəvət edib tənəli danışıq aparan və hədələyən İsa Qəmbər deyildimi? Belə misalların sayı hesabı yoxdur. Siz bu gün İlham Əliyevə dövləti necə idarə etməyi “öyrətmək” istəyirsiniz. Yazıqlar olsun! Kim kimə hansı haqla, hansı siyasi və iqtisadi savadla nə öyrətmək istəyir? Yaxşı olar ki, çalışıb İlham Əliyev idarəçilik məktəbindən siyasi savadınızı və dövləti necə idarə etmək lazım olduğunu öyrənəsiniz. Bunun gerçəkdən sizlərə faydası ola bilər.
Bir an belə unutmayın sizin 30 il əvvəl, 30 min şəhid verərək ermənilərə təhvil verdiyiniz Qarabağı, bu gün İlham Əliyev 44 günlük savaşla, bundan on dəfə az itki ilə geri aldı. Cənab siyasi deletantlar, İlham Əliyev gerçəkdən nəyi nə vaxt və necə edəcəyini hamıdan yaxş bilir. Bundan şübhəniz olmasın. Dövlətin necə idarə olunmasından bixəbər sizlər isə, hər görülən işdən, hər atılan addımdan, öz siyasi məqsədlərinizi reallaşdırmaq naminə “əmma” axtarışını davam etdirə bilərsiniz. Nə qədər bacarırsınız axtarın “bu əmmaları”! Bütün gerçəklərin ortada olduğu bir vaxtda bu axtarışlar sizlərə nə verəcək ki?!
Fikrət Yusifov,
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri,
iqtisad elmləri doktoru, professor, sabiq Maliyyə naziri
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59

