Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib

10.05.2023 [14:43]

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub.

yeniazerbaycan.com xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov tviterdə yazıb.

"Bu günlərdə Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə geniş tədbirlər keçirilməkdədir. Bu gün dövlət və ictimaiyyət nümayəndələrinin çıxışları ilə Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulması mərasimi keçirilib", - diplomat bildirib.

Tədbirdə Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov da iştirak edib. 

“Bu gün biz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdik. 2022-ci ildə Daşkənddə Azərbaycanın Ümummilli Liderinin adını daşıyan küçə və abidənin açılışı olub. Biz Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyətindən razıyıq və onu daha da gücləndirməyə çalışırıq”, - nazir tviterdə yazıb.

Nicat

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31