Azərbaycan və Türkiyə türk dünyasının memarıdır
06.05.2023 [12:06]
Türk xalqı bu seçkilərdən üzüağ çıxacaq
Günel ABBASOVA
Türkiyə son 20 ildə böyük bir yol keçdi. Son 20 ildə Türkiyə siyasi sabitliyin olmadığı, tez-tez hökumət böhranının yaşadığı, siyasi və iqtisadi kataklizmlərin olduğu, hərbi çevrilişlərin baş verdiyi, eyni zamanda terrorçuların aktiv fəaliyyət göstərdiyi bir ölkədən siyasi sabit, inkişaf edən texnoloji tərəqqiyə nail olan, terrorçuluq fəaliyyətinə son qoyan və böyük borcu olan ölkədən digər ölkələrə borc verən bir ölkəyə çevrildi. Türkiyə son 20 il ərzində ümumdaxili məhsulunu 5 dəfəyə yaxın artıra bildi. Bütövlükdə Şərq və Qərb arasında iqtisadi körpü rolunu oynayan bir körpü halına gəldi. Bu cəhətdən Türkiyənin güclü olması onu sevən, eyni zamanda ona müttəfiq olan hər bir dövlətin və ya xalqın arzusudur.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Tahir Mirkişili “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə dünyanın 11-ci, Avropanın isə 4-cü ən böyük iqtisadiyyatına sahib olan ölkədir: “Türkiyənin hərbi gücü eyni zamanda onun müttəfiqlərinin hərbi gücüdür. Azərbaycan Türkiyə münasibətləri hər zaman qardaşlıq və “bir millət, iki dövlət” prinsipi üzərində qurulub. Azərbaycan və Türkiyə xalqları həmişə özlərini bir millət sayıblar. Məhz son 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri nəticəsində bu qardaşlıq xalqların qardaşlığının, həm də dövlətlərin qardaşlığına çevrilib. Bu çox önəmli bir nəticədir. Çünki məhz beynəlxalq arenalarda, eyni zamanda hər iki dövlətə qarşı olan təhlükələrdə hər iki dövlətin bir yumruq halında fəaliyyət göstərməsi bir çox təhlükələrin dəf edilməsində mühüm həlledici rol oynayır. Sonuncu belə bir mühüm nailiyyətimiz bizim Qarabağda əldə edilən Zəfərimizlə bağlı oldu. Məhz Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda əldə etdiyimiz möhtəşəm zəfər həm də Türkiyə Azərbaycan dövlətləri arasında olan qardaşlığı və birgə əlaqələndirmənin mühüm nəticəsi oldu. Türkiyə Azərbaycanın Zəfərində daim siyasi, mənəvi, xalq və dövlət olaraq yanında oldu. Azərbaycan da Türkiyənin həm kədərində, həm də sevincində hər zaman türk xalqının yanında olub. Məhz sonuncu baş verən zəlzələ nəticəsində Azərbaycan dövlətinin başçısının tapşırığı ilə Azərbaycan xilasedicilərinin ən böyük sayda və ən birinci Türkiyədə olması, bu yaxınlarda Prezidentin tapşırığı ilə Kahramanmaraşda min mənzildən ibarət Azərbaycan məhəlləsinin salınması bütövlükdə Azərbaycan və Türkiyə arasındakı qardaşlığın və gələcəyə birgə baxışın ümdə bir göstəricisidir”.
Deputat qeyd edib ki, bu gün böyük bir türk dünyası qurulur: “Yüz illər ərzində əcdadlarımızın arzusu olan Türk dünyası bu gün reallaşmaqdadır. Bu türk dünyasının memarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Məhz bu iki şəxsin memarlığı, qətiyyəti və milli iradəsi ilə bu gün Çin sərhədindən başlayaraq Avropaya qədər böyük bir regionda haqqın, ədalətin, insanlarda milli-mənəvi dəyərlərin, iqtisadi inkişafın və texniki tərəqqinin hökm sürəcəyi böyük bir dünya qurulur. Məhz bu dünyanın qurulması dünyada baş verən əldalətsizliyə qarşı, eyni zamanda ikili standartlara qarşı dura biləcək yeni bir gücün yaranmasıdır. Bu türk dünyasının eyni zamanda çox böyük iqtisadi perspektivləri mövcuddur. Belə ki, bugünkü dünyada baş verən qeyri-sabitlik şəraitində şərq və qərb arasında mühüm körpü rolu oynayan çox sağlam, eyni zamanda milli identikliyə, ümumi mənəvi dəyərlərə və milli iradəyə söykənən bir dünyanın qurulmasıdır. Bu gündən sonra türk dünyasının qurulması kimi bir tarixi şansın reallaşmasında milli liderlərin, dövlətlərin güclü olması həlledici rol oynayacaqdır. Bu baxımdan Türkiyənin güclü, sabit olması, qəbul edəcəyi qərarlarda milli iradənin əsas götürülməsi gələcəkdə nəinki Türkiyənin, eyni zamanda bütün Türk dünyasının taleyini müəyyən edəcək çox mühüm amil olacaq. Ona görə də Türkiyədə məhz bu siyasətin davam etməsi və bundan sonrakı seçkilərdə də Türkiyənin buna qədərki siyasətinin daha da güclənməsi türk dünyasının xeyrinə və faydasına səbəb olacaq. Azərbaycan olaraq Türkiyənin daim güclü olmasını arzu edirik. Biz Yeni Azərbaycan Partiyası olaraq müttəfiqimiz AK Partinin seçkilərdə qalib gəlməsini arzu edirik. Düşünürük ki, həm AK partinin, həm də onun rəhbəri olan Rəcəb Tayyib Ərdoğanın türk xalqının rəğbətini və seçkiləri qazanmaq üçün kifayət qədər resursları var. Biz qardaş xalq kimi seçkilərdə türk xalqının qalib çıxaraq növbəti mərhələdə öz inkişafını, öz güclənməsini davam etdirməsini arzu edirik”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22

