Azərbaycanın dəstəklədiyi Orta Dəhlizə artan maraq
05.05.2023 [13:11]
Tarixi Türk coğrafiyasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması bu ərazidən keçən Orta Dəhlizə artan maraqla bağlıdır. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Müharibənin digər tərəfi olan Rusiyadan keçən marşrutlara təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrdən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Gürcüstan və Türkiyə vasitəsilə Avropayadək uzanır. Perspektivdə Orta Dəhlizin Zəngəzur qolu da yaradılacaq. Bu şaxələndirmə dəhlizin cəlbediciliyini daha da artıracaq.
Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.
Oxşar müzakirələr son vaxtlarda Azərbaycan-Türkiyə-Özbəkistan formatında da intensivləşib. İndiyədək Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilib. Həmin görüşdə yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarına diqqət çəkilib. Bu xüsusda Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Onların ifadə etdikləri fikirlərə görə, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq.
Orta Dəhlizin inkişafında Azərbaycanın rolu böyükdür. Son 20 ildə nəqliyyat sektoruna böyük həcmlərdə investisiyalar yönəldən Azərbaycan öz ərazisində müasir yol-logistika infrastrukturu qurub. Ölkəmiz Xəzərdə ən böyük dəniz donanmasına malikdir. Respublikamız liderlik keyfiyyətləri nümayiş etdirməklə Xəzər sahillərində ən böyük liman inşa etməyə nail olub. Hazırda Ələt qəsəbəsində yerləşən bu limanın ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlı layihə icra olunur. Eyni zamanda, Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun da imkanları genişləndirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır: “Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq”.
Xatırladaq ki, BTQ da məhz ölkəmizin təşəbbüsü və moderatorluğu sayəsində ərsəyə gəlib. 44 günlük müharibənin qalibi olan Azərbaycan, həmçinin Zəngəzur dəhlizinin yaradılması istiqamətində böyük səylər göstərir. “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anlamaq lazımdır ki, biz yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir”, - deyə Prezident İlham Əliyev Şuşada baş tutan beynəlxalq konfransda bildirib.
Mübariz
Xəbər lenti
Hamısına baxSosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45

