Əbədiyaşar məhəbbət
04.05.2023 [17:36]
Xalq yazıçısı Elmira Axundovanın Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyinə həsr etdiyi və “TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü ilə çap olunan “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Elmira Axundova dahi şəxsiyyət Heydər Əliyev ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın birgə həyat yolundan, böyük məhəbbətindən, kitabın ərsəyə gəlməsindən söz açıb: “İrihəcmli əsər - altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyim dövrdə çoxsaylı müsahiblərim Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanım haqqında , xüsusən də onun Heydər Əliyevlə qarşılıqlı münasibətləri barədə xeyli maraqlı şeylər danışmışdılar. Qərara gəldim ki, onları toplayaraq bu iki böyük şəxsiyyətin xoşbəxt birgə həyat yolundan, hər bir azərbaycanlıya gözəl nümunə olacaq ailə münasibətlərindən və əbədiyaşar məhəbbətindən bəhs edən kitab yazım. Çünki Heydər Əliyevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiqli, istedadlı oğulla qız bəxş edən Zərifə xanım haqda yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq. “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının ideyası məhz belə yarandı”.
E.Axundova həmsöhbətlərinin Ulu Öndər Heydər Əliyev və Zərifə xanımla bağlı maraqlı xatirələrini diqqətə çatdırıb, tədbirin təşkilində əməyi olanlara və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə və digər çıxış edənlər Elmira Axundovanın yaradıcılığından söz açıb, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Elmira Axundova iki böyük şəxsiyyətin taleyindən, onların birgə xoşbəxt həyatından bəhs edən əsər qələmə alaraq fərqli və orijinal bir kitab ərsəyə gətirib. Müəllif kitabda Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən bəhs edərək, bunları oxucusuna çox mükəmməl şəkildə çatdıra bilib. Azərbaycanın ictimai-siyasi, elmi həyatında xüsusi xidmətləri olan bu iki böyük şəxsiyyətin ömür yolu indiki və gələcək nəsillərə örnək olmalıdır. Bu iki böyük şəxsiyyətin əbədi məhəbbət dastanı, birgə zəngin həyat yolu mükəmməl ailə modelini ortaya qoydu. Kitab bu baxımdan da böyük əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Zərifə və Heydər Əliyevlərin ailəsi təkcə iki böyük insanın şəxsi xoşbəxtliyi zəminində qurulmayıb, həm də minlərlə insanın həyatında və taleyində, Azərbaycan xalqının XX əsrdəki mədəni-mənəvi mövcudluğunda nəcib, xeyirxah iz qoyub. Onların hər ikisi xalqımızın böyük sevgisini qazanıb.
Çıxış edənlər Heydər Əliyev və Zərifə xanım haqqında xatirələrini də tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd edilib ki, cəmi 62 il ömür sürmüş Zərifə xanım Azərbaycan qadınına xas olan bütün nəcib keyfiyyətləri özündə cəmləşdirmişdi. Ailəsini, həyat yoldaşını böyük məhəbbətlə sevən Zərifə xanım Heydər Əliyev şəxsiyyətinin miqyasını dərk edirdi. Bütün həyatı boyu onu göz bəbəyi kimi qoruyurdu, uşaqlar, ev və məişətlə bağlı bütün qayğıları üzərinə götürmüşdü. Heydər Əliyev də xanımını çox sevir, həmişə onu öz elmi işlərini davam etdirməyə, inkişaf etdirməyə ruhlandırırdı. Zərifə xanım Əliyeva bu gün də onu tanıyanların qəlbində istedadlı alim, bacarıqlı həkim, qayğıkеş, mehriban ana, sədaqətli ömür-gün yoldaşı, etibarlı dost, səmimi insan kimi yaşayır və yaşayacaq.
Tədbirdə Ulu Öndərin və akademik Zərifə Əliyevanın həyat yoluna həsr olunmuş “Əbədiyaşar məhəbbət” adlı videoçarx nümayiş etdirilib. Zərifə Əliyevanın və Heydər Əliyevin sevdikləri “Ana”, “Elegiya”, “Sənsiz”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Leyla”, “Ayağa dur, Azərbaycan”, "Zərifə sevgisi - Heydər sevinci" şeir və mahnıları səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38

