“Heydər Əliyevin milli dövlətçilik strategiyası” mövzusunda konfrans keçirilib
04.05.2023 [16:40]
Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik strategiyası” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli xalqımızın xilaskarı, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılıq fəlsəfəsinin hər zaman Azərbaycana, xalqına sədaqətlə xidmət etmək, respublikamızı müstəqil dövlət kimi formalaşdıraraq dinamik inkişafını təmin etmək olduğunu bildirib. Deyib ki, Ulu Öndərin irsini daim öyrənmək, qorumaq, təbliğ etmək bugünkü, eləcə də gələcək nəsil üçün vacib məsələdir. Əziz Ələkbərli Ümummilli Liderin Qərbi Azərbaycandan olan qaçqınlara göstərdiyi qayğı və bu mövzuya ayırdığı diqqət barədə geniş danışıb.
Sonra Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun “Heydər Əliyevin milli dövlətçilik strategiyası" mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycana rəhbərliyə başladığı ilk gündən xalqına olan sevgisini və sədaqətini açıq şəkildə nümayiş etdirib. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlayıb.
O, Ulu Öndərin SSRİ dövründə Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutduğunu xüsusi vurğulayıb. Heydər Əliyevin Mixail Qorbaçovun yeritdiyi səbatsız və anti-Azərbaycan siyasi xəttinə etiraz olaraq 1987-ci ildə tutduğu vəzifələrdən istefa verməsini, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qətliamı pisləyən bəyanat verməsini və az sonra SovİKP sıralarını tərk etməsini bu müstəvidə qeyd edib.
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov çıxışında Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsindən sonra böyük əngəllərə baxmayaraq, Azərbaycana qayıtması, əvvəl Muxtar Respublikanın Ali Məclisinin sədri, sonra 1993-cü ildə isə xalqın təkidli tələbi ilə dövlət başçısı seçilməsi ilə ölkənin müstəqilliyini, sabitliyini, təhlükəsizliyini və rifahının təmin edilməsindən bəhs edib.
İcmanın Ağsaqqallar Şurasının üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Abel Məhərrəmov vurğulayıb ki, müstəqilliyimizin ilk on ili ərzində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkənin müstəqilliyinin dönməz, əbədi və daimiliyi təmin edildi. Məhz Ümummilli Liderin səyləri nəticəsində müstəqil beynəlxalq ictimaiyyət Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə birmənalı dəstək ifadə etdi.
Ziyalılar Şurasının sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə nəhəng irəliləyişlər əldə olunub, “Əsrin müqaviləsi” imzalanıb, ölkəmiz qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmağa başlayıb. Ümummilli Lider sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılmasına, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına böyük diqqət ayırıb.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova diqqətə çatdırıb ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgi və sayğı ilə anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək.
Sonra İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, İcmanın İdarə Heyətinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov və İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünü bərpa etməsini, iqtisadi qüdrətini artırmasını və sosial-mədəni inkişafı təmin etməsini Ümummilli Liderin siyasi kursunun layiqli davamı kimi yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

