7 yaşlı uşağa qarşı amansızlıq...
03.05.2023 [11:18]
Hər əzələ şişirdən məşqçi ola bilərmi?
Yeganə BAYRAMOVA
Sumqayıtda məşqçinin 7 yaşlı uşağın ölümünə səbəb olması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər bütün cəmiyyətimizi sarsıdıb. Hər kəs qatilə ən ağır cəzanın verilməsini tələb edir. Görüntülərdən aydın olur ki, idman müəllimi təkcə Fərid Bakarova qarşı yox, digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranır. Uşaqların saçından, başından, qulağından tutaraq havaya qaldırır.
Xatırladaq ki, 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boynu qırılıb. Azyaşlı dərhal Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hadisə barədə Elm və Təhsil Nazirliyindən bildirilib ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir: “Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib. 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib.
Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.
Uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb”.
Görüntülər o qədər ağırdır ki...
Baş verənlərlə bağlı “Yeni Azərbaycan”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra alovun üstünə su səpmək üçün adıçəkilən məşqçinin uşaqla məşq zamanı çəkilən görüntülərini paylaşdılar. Göstərməyə çalışdılar ki, uşaqla ehtiyatla, gözəl, normal rəftar edir: “Hamı da düşündü ki, hadisədir, ehtiyatsızlıqdan baş verib, yəqin. Heç bir gün keçmədi ki, başqa bir görüntü yayıldı. Nəzarət kamerasından qeydə alınan görüntü bu mələk donu geyinən məşqçinin necə insanlıqdan uzaq olduğunu ortaya qoydu. Görüntülər o qədər ağırdır ki, izləmək belə, adamın nəfəsini kəsir. Uşaqların hərəsini bir tərəfə yıxır, həyatını itirən uşağın isə saçından tutub sürüyür, təpikləyir, taqətsiz, ayaq üstə dayana bilməyən uşağın başından tutub qaldırır, olmazın işgəncələr verir. Həyatımda belə ağır bir görüntü izləməmişdim. İnsan necə amansız, qəddar, vəhşi, zalım, qaniçən olmalıdır ki, özündən onlarla yaş balaca olan bir uşağa qarşı məşq adı ilə belə zülm versin?!”.
Bir inci saflığı varsa da suda,
artıq içiləndə dərd verir o da...
Sosioloq cəmiyyətdə mənəvi dəyərlərin sıradan çıxdığını, bəzi insanların azğınlaşaraq böyüklərə hörmət, balacalara mərhəmət göstərmək hissindən məhrum olduğunu qeyd edib: “Bəlkə də, bunların başvermə səbəbi ölkəmizdə idmana göstərilən diqqətin çox olmasıdır. Dahi şairimiz Nizami Gəncəvinin bir beyti gəldi ağlıma. Deyirdi ki, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Yəqin ki, göstərilən bu diqqət və qayğı artıq dərd verməyə başlayıb. İnternet üzərində idmançı yazıb axtarışa vermək kifayət edir. Nəticələrin çoxu gözlədiyimiz kimi idmançıların uğurları ilə bağlı deyil, onların törətdikləri cinayətlərlə bağlıdır. Jurnalisti döyüb öldürən kim, gecə klubunda adam qətlə yetirən kim, bahalı avtomobillə insanların üzərindən keçən kim, bıçaqlayan kim, zalda uşaq qatili olan kim...
Ümid edirəm ki, bu məsələyə ən yüksək səviyyədə hüquqi qiymət veriləcək, günahkar ən ağır formada cəzalandırılacaq, onun yeddi yaşlı uşağa göstərmədiyi rəhmi, mərhəməti hüquq-mühafizə orqanları da ona göstərməyəcəklər! Aidiyyəti qurumlardan bu kimi halların bir daha təkrarlanmaması üçün idman zallarına nəzarəti gücləndirməyi, günahkara ən ağır cəza verməyi xahiş və tələb edirəm. Başqaları ilhamlanmasınlar deyə, hər yoldan keçən zal açıb özünə məşqçi deməsin deyə, başqa uşaqlar xəsarət almasınlar deyə, həyatlarını itirməsinlər deyə, cinayətlər cəzasız qalmasın, daha sərt cəza tədbirləri görülsün deyə tələb edirəm”.
9 ildən 12 ildək həbs ...
Hüquqşünas Kənan Tağıyev bildirib ki, hadisəni törədən şəxs hələ ki, Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə uyğun olaraq təqsirli hesab edilə bilər. Məşqçinin digər maddələrə uyğun əməllər törətməsi ilə bağlı dəqiq məlumat istintaq zamanı aparılan araşdırmalardan sonra bəlli olacaq: “Hadisəni törədən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə köməksiz vəziyyətdə olan şəxsə əzəb verərək onun sağlamlığına zərər vurub. Nəticədə azyaşlının boyun sümüyü qırılıb və vəfat edib.
Hadisəni törədən şəxsin əməlində qəsdlə adam öldürmə, yəni Cinayət Məcələsinin 120-ci maddəsi yoxdur. Çünki bilərəkdən və planlaşdırılmış şəkildə bunu etməyib. Araşdırma aparıldıqdan sonra isə bəlli olacaq ki, hansı məqsədlər və niyyətlər olub, şəxsin affekt halında hadisəni törətməsi və digər nüanslar qeyd olunacaq. Məsələn, bilmirik ki, həmin şəxs psixatrop və ya hansısa narkotik maddələr qəbul etdikdən sonra hadisəni törədib, ya da psixi cəhətdən sağlam vəziyyətdə deyil. Hazırkı 126.3-cü maddəyə uyğun olaraq isə, məşqçini 9 ildən 12 ilə qədər həbs gözləyir”.
Xəbər lenti
Hamısına baxDünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30
Dünya
12 Oktyabr 09:16
İdman
12 Oktyabr 08:59
Dünya
12 Oktyabr 08:30
Dünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52

