Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir

02.05.2023 [10:16]

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.

Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.

Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31