Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə tətbiq olunacaq

“ASAN xidmət” təcrübəsi İslam İnkişaf Bankına üzv ölkələrdə tətbiq olunacaq

27.04.2023 [16:53]

2023-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasının “ASAN xidmət” təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə onlayn/elektron dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam İnkişaf Bankına bildiriş göndərməlidir

Paylaş:
Baxılıb: 425 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31