Bir “izahın” izi ilə...
26.04.2023 [10:08]
Cənubi Qafqaz iqtisadiyyatı: Hansı ölkənin payı daha çoxdur?
Azərbaycan hazırda Cənubi Qafqaz iqtisadiyyatında aparıcı lider ölkə kimi bölgənin ümumi daxili məhsulunun (ÜDM) 62 faizinə sahibdir. 9 il əvvəl, 2014-cü ildə bu regionda yaranan ÜDM-in təxminən 70 faizi Azərbaycanın payına düşürdü. “Yeni Azərbaycan” qəzetinin 18.04.2023-cü il tarixli sayında dərc edilmiş “Partiya sədrinin “yan” reallığı...” başlıqlı yazısına “münasibət” bidirən REAL sədri İlqar Məmmədov aradakı fərqi Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatındakı payının azalması ilə izah etməyə çalışır.
Əslində, bu, belə deyil və bölgə ölkələrinin son illər ərzində iqtisadiyyatın həcmini dəyərini nəzərdən keçirməklə əsl reallığı görmək olar.
Azərbaycanda 2014-cü ildə təxminən 58 milyard manat ÜDM istehsal olunub, həmin dövrdə dollar ifadəsi ilə bu, 75 milyard edirdi, çünki dolların dəyəri Azərbaycan manatına nisbətdə daha ucuz olduğundan (həmin dövrdə manatın dollara nisbətən məzənnəsi 0,78-ə bərabər idi) belə bir rəqəm alınırdı.
Müqayisə etdiyimiz dövrdə Cənubi Qafqazın digər 2 ölkəsində - Gürcüstan və Ermənistanda isə birlikdə ÜDM-nin həcmi dollar ekvivalenti ilə təxminən 29 milyarda bərabər idi. Beynəlxalq dollar ifadəsi ilə hesablayanda Cənubi Qafqaz iqtisadiyyatının həcmi 104 milyard dollar olmaqla, onun 70 faizi Azərbaycanın payına düşürdü.
Məlumdur ki, 2015-ci ildə qlobal bazarlarda baş verən dəyişikliklər, xüsusilə də neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanda manatın devalvasiyası ilə nəticələndi və manatın məzənnəsi 1 dollar =1,7 AZN intervalında müəyyənləşdi. Sözsüz ki, məzənnə dəyişikliyi avtomatik olaraq ÜDM-in dollar ifadəsi ilə nisbətinin də dəyişməsinə səbəb oldu.
Ancaq bu o demək deyil ki, 2015-ci ildən sonra Azərbaycanda ÜDM-in həcmi daha az böyüyüb. Əksinə 2015-ci ildən əvvəlki 7 ilə nisbətən sonrakı 7 ildə iqtisadiyyatda əlavə dəyər daha çox yaranıb. Belə ki, 2014-2015-ci illərdə ÜDM nominal ifadədə 58-60 milyard manat idisə, 2022-ci ildə bu rəqəm 133,4 milyard manata çatıb. Bu, 75 milyard manat və ya 122 faiz artım deməkdir. Əgər 2016-2022-ci illər ərzində ölkəmizdə istehsal olunmuş ÜDM-i dollarla ifadə etsək, 44,4 milyard dollar edir.
İndi isə gəlin qeyd edilən dövrlər ərzində Cənubi Qafqazın digər 2 ölkəsi - Gürcüstan və Ermənistanda əlavə dəyərin artım dinamikasına diqqət edək.
2014-2015-ci illərdə Gürcüstanda ÜDM 17 milyard, Ermənistanda 11,6 milyard dollar təşkil edib.
2022-ci ildə isə Gürcüstanda ÜDM 24,6 milyard, Ermənistanda 19 milyard dollar təşkil edib. Yəni, Gürcüstanda son 7-8 ildə ÜDM-in həcmi 7,6 milyard dollar, Ermənistanda isə 7,4 milyard dollar artıb. Hər iki ölkənin birlikdə iqtisadiyyatının artım həcmi 2015-2022-ci illərdə 15 milyard dollar, Azərbaycanda isə 44,4 milyard dollar təşkil edib.
Müqayisəni bu cür də apara bilərik, 2014-2015-ci illərdə Gürcüstan və Ermənistanın birlikdə ÜDM istehsalı 29 milyard olduğu halda hazırda 43,6 milyard olmaqla cəmi 14,6 milyard artıb. Azərbaycanın isə devalvasiya amilini kənara qoyduqdan sonrakı ildə iqtisadiyyatının həcmi 44,4 milyard çoxalıb.
Göründüyü kimi Azərbaycan devalvasiyadan sonrakı son 7 ildə iqtisadiyyatının həcmini Gürcüstan və Ermənistanın birgə iqtisadiyyatının dəyərindən 3 dəfə çox artırmağa nail olub. Daha da konkretləşdirsək, deyə bilərik ki, Cənubi Qafqaz iqtisadiyyatı 2015-ci ildən sonra dollar ifadəsi ilə təxminən 60 milyard dollar böyüyüb ki, onun da 74,5 faizi Azərbaycanın payına düşür.
Beləliklə, Cənubi Qafqaz iqtisadiyyatı ilə bağlı müqayisə aparanda ÜDM-in nominal dəyərini və yaranan illik əlavə dəyərin həcmini nəzərə almaq lazımdır. Əgər müqayisəni birbaşa dollarla aparsaq, müxtəlif dövrlərdə iqtisadiyyatın çəkisində fərqli yerdəyişmələr baş verə bilər. Belə ki, əgər devalvasiya olmasaydı və manatın dollara qarşı məzənnəsi 2014-cü ildəki kimi 0,78 AZN-ə bərabər olardısa, hazırda ölkəmizdə ÜDM-in dollarla dəyəri (133,4 : 0,78 =171 milyard) 171 milyard dollar təşkil edəcəkdi. Belə olan halda Cənubi Qafqaz iqtisadiyyatının cəmi ÜDM-i 214 milyard dollar təşkil etməklə, onun 80,2 faizi Azərbaycanın payına düşmüş olacaqdı.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28

