Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək

23.04.2023 [12:59]

Aprelin 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 18-22°, bəzi yerlərdə 25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütuna enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31