/ / YAP Mərkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib
YAP Mərkəzi Aparatında professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib
15.04.2023 [16:04]
Aprelin 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının təşkilatçılığı ilə “91-lər”dən olan, filologiya elmləri doktoru, tarixçi alim, professor Əjdər İsmayılovun anadan olmasının 85-ci ildönümünə həsr olunan konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Əjdər İslamyılovun həyat və fəaliyyəti haqqında danışaraq onun şərəfli ömür yolu keçdiyini bildirib. Əjdər İsmayılovun görkəmli elm xadimi, nüfuzlu ziyalı olduğunu deyən A.Rəhimzadə diqqətə çatdırıb ki, o, həyatının sonuna qədər ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalıb, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib. Əjdər İsmayılov bütün fəaliyyətində dövlətçiliyə sadiq olub və xalqımıza şərəflə xidmət göstərib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Əjdər İsmayılovun Azərbaycan elmində böyük iz qoyduğunu deyib. Bildirib ki, həm filologiya, həm də tarix sahəsində mərhum professorun mühüm elmi əsərləri və araşdırmaları var. S.Qurbanov qeyd edib ki, 1990-cı illərin əvvəlində mövcud olan böhran şəraitində Azərbaycanın gələcəyini düşünən ziyalılar kimi Əjdər İsmayılov da xalqımızın üzləşdiyi çətinliklərdən xilas yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Bu səbəbdən də, görkəmli ziyalımız həm 1992-ci ildə yaş senzinin ləğv olunması tələbi ilə keçirilən mitinqlərdə fəal iştirak edib, həm də Ulu Öndərə müraciət etmiş “91-lər”dən biridir. S.Qurbanov Əjdər İsmayılovun həyat və fəaliyyətini sədaqət və cəsarət nümunəsi kimi səciyyələndirib.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov isə Əjdər İsmayılovu möhkəm əqidəli və prinsipial şəxs kimi dəyərləndirib. Məhz bu mövqeyinin nəticəsidir ki, o, “91-lər”in müraciətinə imza atıb. Çünki o zaman Heydər Əliyevi müdafiə edənlər ovaxtkı hakimiyyət tərəfindən təzyiqlərə, təhdidlərə məruz qalırdılar. Amma Əjdər İsmayılov heç vaxt öz prinsipial mövqeyindən dönmədi. Ş.Əsgərov həmçinin Ə.İsmayılovun Azərbaycan elminə böyük töhfələr verdiyini vurğulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında professor Əjdər İsmayılovun Azərbaycan elmi qarşısında xidmətlərindən, Hüseyn Cavid yaradıcılığı ilə bağlı araşdırmalarından, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə mübarizəsindən ətraflı bəhs edib. Vurğulayıb ki, Əjdər İsmayılov həm də böyük türkçü alim idi.
Konfransda daha sonra YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeyf İmamverdiyev, YAP Veteranlar Şurasının üzvü, professor Ədalət Fərəcov və digərləri çıxış edərək mərhum professor Əjdər İsmayılovun cəsarətli, qətiyyətli mövqeyindən, ulu öndər Heydər Əliyev yoluna sadiqliyindən ətraflı bəhs ediblər. Mərhum professorun elmi yaradıcılığından danışan natiqlər vurğulayıblar ki, Əjdər İsmayılov "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir sıra elmi məqalələr yazaraq bizə miras qoyub. Bildirilib ki, professor Əjdər İsmayılovun həyat və fəaliyyəti gənc nəsl üçün nümunədir.
Sonda çıxış edən professor Əjdər İsmayılovun oğlu, iqtisadçı alim Cavid İsmayıl atası haqqında xatirələrini bölüşüb, onun ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyi, dövlətçiliyə xidmətləri ilə qürur duyduğunu vurğulayıb. C.İsmayılov atasının xatirəsinə göstərilən ehtirama, bu konfransın təşkil edilməsinə görə öz təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

