Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AZAL-ın Tbilisiyə uçan təyyarəsi Bakıya qayıdıb

AZAL-ın Tbilisiyə uçan təyyarəsi Bakıya qayıdıb

13.04.2023 [11:53]

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Paylaş:
Baxılıb: 498 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31