Halal, yoxsa haram...
11.04.2023 [10:56]
AQTA-nın aşkarladığı nöqsanlar narahatlıq doğurur
Nicat Dilqəmli
Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsinin açıqlanması cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinə risk əsaslı yanaşmanın tətbiqi ilə mövcud problemlərin, o cümlədən baş verən zəhərlənmə halları və daxil olan istehlakçı şikayətlərinə dair məlumat bazasının təhlili nəticəsində bir sıra qida təhlükəsizliyi problemlərinin müəyyənləşdirilərək müvafiq addımların atılması məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Məsələ ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Agentliyin məlumatına görə, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib.
6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-??də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Nəzarət tədbirləri zamanı, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb.
Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003” Çağrı Mərkəzi”nə məlumat versinlər.
AQTA tərəfindən aparılan yoxlamaların nəticələri barədə “Yeni Azərbaycan” qəzetinə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov kolbasa və sosiska bazarının bazarın çox çirklənmiş bir hissəsi olduğunu bildirib. AİB sədri ölkədə normal kolbasa və sosiska istehsal edən müəssisələrin olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, yerli istehsalçılar bir çox hallarda mal ətindən yox, camış ətindən istifadə edirlər ki, bu da monitorinqlər zamanı uyğunsuzluqların ortaya çıxması ilə nəticələnir: “Xüsusən ərzaq malının kolbasa sektorunda xaricdən gələn məmulatlarında çox böyük problem var. Yəni, tərkibində heç ət olmayan mallar Rusiyadan və digər ölkələrdən Azərbaycana idxal olunur. Tədqiqatlarımızın nəticələrinə görə, yerli istehsalçılarda isə mal ətinin əvəzinə camış ətindən istifadə edirlər. AQTA haqlı olaraq kolbasaların tərkibində mal əti müəyyən edə bilməyib. Bu, camış ətidir və normal ətlərdir. Lakin istehsalçı gərək kolbasanın üzərində camış ətindən hazırlandığını qeyd edərdi. Mal əti ilə camış əti eyni sinfə aid olduğu üçün mal əti yazılır”.
“Müsbət bir haldır ki, üzərinə “halal” yazılan kolbasa və sosiskaların tərkibində donuz əti aşkar edilməyib”, - deyə E.Hüseynov fikirlərinə əlavə edib.
AQTA uyğunsuzluq aşkarlanan məhsulların siyahısını da ictimaiyyətə təqdim edib.
Onları təqdim edirik: 10.02.2023 tarixdə istehsal edilən “Səhliyalı” Kiçik Müəssisəsi - yarım hisə verilmiş “Servelat” kolbasası, 22.02.2023 tarixdə istehsal edilən Rəhimovların Ailə Təsərrüfatı - bişirilmiş hisə verilmiş kolbasa, “Sevilən Ad” MMC - bişmiş “Lyubitelskaya” kolbasası (21.02.2023), “Əsl Dad” - bişmiş “Toyuq” kolbasası (10.02.2023) və bişmiş “Doktorskaya” kolbasası (20.02.2023), “Mir 2016” MMC - yarım hisə verilmiş “Servelat” kolbasası (04.02.2023), “M&T” Ltd firması (“Sevimli Dad”) - əla növ südlü sosiska (05.02.2023), “Səhliyalı” Kiçik Müəssisəsi - “Sacüstü” halal sosiska (04.02.2023), Ovçular Ət və Ət Məhsulları” MMC - “Külləmə” halal sosiska (17.02.2023).
Bu məhsullarda əsasən üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-sinin aşkarlanmadığı, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-sinin aşkarlanması, üzərində mal əti və donuz piyi bəyan edilsə də, tərkibində yalnız donuz DNT-sinin aşkarlanması, təhlükəsizlik göstəricilərində uyğunsuzluğun aşkarlanması kimi hallar müəyyən edilib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

