Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr aparılıb
08.04.2023 [16:16]
6-7 aprel 2023-cü ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Moldova Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası və Moldova Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr və Moldova dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirilib.
6 aprel tarixində Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya nazirliyində Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi baş tutub. Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Moldova tərəfini isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Ruslan Bolboçan təmsil edib. Məsləhətləşmələr zamanı ticarət-iqtisadi, humanitar, kənd təsərrüfatı, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub. Siyasi dialoqun davamlı şəkildə aparılmasının vacibliyinə vurğu edilib. Eyni zamanda tərəflər iki ölkənin BMT, Avropa Şurası, ATƏT, QDİƏT, GUAM kimi beynəlxalq və regional təşkilatlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyətinə toxunublar. Son bir ildə ölkələr arasında ticarət dövriyyəsinin önəmli dərəcədə artması qeyd olunaraq, bu sahədə daha böyük potensialın mövcudluğuna diqqət çəkilib. Hüquq-müqavilə bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində nazir müavini X.Xələfovun Moldova Respublikasının Parlamentinin sədri İqor Qrosu, Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku, Moldova Baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebrian, Moldova Respublikasının Prezident Administrasiyasının rəhbəri Andrey Spinu və Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Kristina Gerasimov, Moldova Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Sergiu Qerçu ilə ikitərəfli görüşləri keçirilib.
Keçirilmiş görüşlərdə Azərbaycan və Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb, regional vəziyyət, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Son illərdə iki ölkə rəsmiləri arasında fəal siyasi görüşlər yüksək qiymətləndirilərək, bu istiqamətdə mövcud tendensiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan və Moldova arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsindən məmnunluq ifadə olunub.
Moldova tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda sülh gündəliyinin reallaşması istiqamətində səyləri və addımları barədə ətraflı məlumatlandırılıb. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb. Görüşlərdə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti xüsusi qeyd olunub. Aqrar sahədə investisiya qoyuluşu, ixracyönümlü ortaq müəssisələrin yaradılması yönündə perspektivdə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nazir müavini Xələf Xələfov Moldova Dövlət Tarix Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində iştirak edərək, əhatəli nitqlə çıxış edib.
Moldovaya səfər zamanı, nazir müavini X.Xələfov həmçinin, Moldovadakı soydaşlarımız, Moldova Azərbaycanlıları Konqresinin fəalları ilə görüşüb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

