Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Salyanda “KamAZ” minik maşınına çırpılıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Salyanda “KamAZ” minik maşınına çırpılıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb

05.04.2023 [18:20]

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. 

BDYPİ-dən verilən məlumata görə, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 482 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31