Demokratiyanın, yoxsa zorakılığın beşiyi?
28.03.2023 [11:05]
Fransada insanlara qarşı polis zorakılığı davam edir
Nardar BAYRAMLI
Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə 1 milyondan çox insan iştirak edib. Ən böyük etiraz aksiyaları Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib. Qeyd edək ki, baş nazir Elizabet Bornun parlamentin aşağı palatası olan Milli Assambleyada səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Nümayişçilərin tələblərinə məhəl qoymayan prezident Emmanuel Makronun çıxışından sonra Fransanı tətillər bürüyüb. Etiraz aksiyalarının iştirakçıları Fransa polisinin zorakılığı ilə üzləşib. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib, eləcə də çoxlu sayda etirazçını həbs edib. Burada bütün nəqliyyatın hərəkəti iflic olub. Ölkədə tətillərə, bütün sahələri blokadaya almağa çağırışlar edilir.
Özünü demokratiyanın “beşiyi” hesab edən Fransada insan haqlarının kobud surətdə pozulması adi hala çevrilib. Etiraz aksiyasının iştirakçılarına görünməmiş dərəcədə polis zorakılığının törədilməsi də bunu təsdiqləyir. Artıq beynəlxalq təşkilatlar da bütün bunlara görə rəsmi Fransaya etiraz bildirməyə başlayıblar. Belə ki, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin bəyanatında bildirilir ki, Fransada ifadə və sərbəst toplaşma azadlıqlarının həyata keçirildiyi şərait narahatlıq doğurur. Onun sözlərinə görə, hakimiyyət ifadə və sərbəst toplaşma azadlığının həyata keçirilməsini, dinc nümayişçilərin və jurnalistlərin polis zorakılığından və zorakı fərdlərdən qorunmasını təmin etməlidir. Nümayişçilərə qarşı törədilmiş zorakılıq aktlarını diqqətə çatdıran komissar qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı bəhanə ilə güc tətbiq etməsinə haqq qazandırıla bilməz. Bəzi bəhanələrlə dinc nümayişçiləri sərbəst toplaşmaq hüququndan mərhum etmək olmaz. Komissar, həmçinin bəzi nümayişçilərin və nümayişlərin yaxınlığında olan insanların polis tərəfindən müvəqqəti saxlanılması və dindirilməsi kimi azadlıq və təhlükəsizlik hüququna xələl gətirən tədbirlərə əl atmasından narahatlığını qeyd edib. “Zorakılığa son qoyulmalıdır. Bu, ifadə və sərbəst toplaşmaq azadlıqlarının səmərəli həyata keçirilməsi, eləcə də əhali ilə polis arasında etimadın təmin edilməsi üçün zəruri şərtdir”, - deyən Dunya Miyatoviç Fransa dövlətini hüquq müdafiəçiləri və İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyası tərəfindən “sarı jiletlilər” hərəkatı kontekstində nizam-intizam və sərbəst toplaşmaq azadlığına dair Memorandumda təsbit olunmuş tövsiyələri yerinə yetirməyə çağırış edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi də Fransada baş verən hadisələrə münasibət bildirib. Belə ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın sualına cavabında deyib ki, Fransada prezident Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. “Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq. Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, - deyə A.Hacızadə qeyd edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov bildirib ki, Fransada nümayişçilərə qarşı polis zorakılığı bütün hədləri aşmaqdadır. Fransa polisinin etirazçılara güc tətbiqinin bir sıra fəsadlara səbəb olduğunu deyən millət vəkilinin sözlərinə görə, Avropanın mərkəzində insanlara qarşı bu cür davranış qəbuledilməzdir. O qeyd edib ki, özünü demokratiyanın beşiyi hesab edən bir ölkədə belə bir xoşagəlməz hadisənin baş verməsi təəssüf doğurur. Beynəlxalq ictimaiyyət Fransada insan haqlarının pozulmasına reaksiya verməli, öz etiraz səsini ucaltmalıdır.
Həmsöhbətimizin fikrincə, bu hadisələr fonunda rəsmi Parisin başqa ölkələrə insan haqları dərsi keçməsinə mənəvi haqqı yoxdur: “Hər şey göz önündədir. Fransa hakimiyyəti insan hüquq və azadlıqlarını bəhanə edib başqa ölkələrin daxili işlərinə qarışmamalıdır. Bu ölkə ilk növbədə öz daxilində insan haqlarına, demokratik dəyərlərə hörmət etməyi öyrənməlidir. Azərbaycan haqlı olaraq bu məsələdə Fransa hökumətinə çağırış edib. Düşünürəm ki, digər ölkələr və beynəlxalq təşkilatlar da Fransada insanların polis zorakılığı ilə üzləşməsinə səssiz qalmamalı, insan hüquqlarının kobud surətdə pozulmasını pisləməlidirlər”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

