Vətən müharibəsinin şahinləri
14.02.2023 [10:39]
Dəmir qanadlı döyüşçülərin günüdür
Günel ABBAS
Yaranma tarixi 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürülsə də, hərbi qoşun növü kimi formalaşdırılması 31 il əvvəl bu günə təsadüf edir.
Heydər Əliyev Azərbaycanın müasir ordu quruculuğunda əhəmiyyətli yeri olan Hərbi Hava Qüvvələrinin möhkəmlənməsinə və maddi-texniki bazasının ən yüksək səviyyəyə çatdırılmasına xüsusi önəm verirdi. Belə ki, 1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin fəaliyyətə başlaması ilə ölkədə təyyarəçi kadrların hazırlanması işi reallaşdı. Ulu Öndər Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində fəxrlə deyirdi: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.
Hazırda hərbi pilotlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq, bu istiqamətdə xüsusi hazırlıqlarını daima artırırlar. Hərbi pilotlarımız Türkiyə, Ukrayna, Pakistan, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər. Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri NATO standartlarına uyğun qurularaq, bu istiqamətlərin dərindən öyrənilməsini daha da inkişaf etdirir. Qardaş Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlığı daha da genişləndirməklə “TurAz Qartalı” təlimlərinin keçirilməsinin əhəmiyyətini artırır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev HHQ-nin S-300 briqadasının bazasının açılışı zamanı çıxışında “Azərbaycan Cənubi Qafqazın lider və dünyada ən sürətli inkişaf tempinə malik ölkələrdən biridir və “Dünya Rəqabətlik Hesabatına” görə 148 dövlət sırasında ilk 30 dövlət arasında olmuşdur. Bunun müqabilində bu gün dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclər təkcə son on il ərzində on dəfədən də çox artırılmış, ölkəmizin müdafiə potensialının güclənməsinə və ordumuzun, o cümlədən Hərbi Hava Qüvvələrinin maddi-texniki bazasının müasirləşməsinə imkan vermişdir” fikri dövlət başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğısını bir daha təsdiqləyir.
Yeri gəlmişkən, Hərbi Hava Qüvvələrimiz 31 illik zaman kəsiyində şərəfli döyüş yolu keçərək, 44 günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. Hərbi pilotlarımız qəhrəmanlıqları və şücaətləri ilə gələcək nəsillərə örnək döyüş salnamələri yazdılar.
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

