Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İcma: “100 mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub, proses davam edir”

İcma: “100 mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub, proses davam edir”

23.01.2023 [13:18]

“100 mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir”.

Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

Qurum rəsmisinin sözlərinə görə, Qərbi azərbaycanlıların siyahıya alınma prosesi davam edir:

“Siyahıya alınma prosesi ilə əlaqədar həm yerli icra orqanları dəstək göstərir, həm də hər gün icmamıza 250-300 nəfər Qərbi azərbaycanlı soydaşımız yaxınlaşır və qeydiyyata alınmaq üçün özləri də təşəbbüs göstərirlər”.

Ü.Zülfüqar vurğulayıb ki, hətta, kök evləri indiki Ermənistan adlanan ərazidə olan soydaşlarımız da qeydiyyata alınır:

“1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, daha əvvəl köçə məcbur edilənlər və onların varislərindən də qeydiyyata alınanlar var”.

Nicat

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Neft ucuzlaşıb

30 Yanvar 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31