Parlament spikerlərinin üçtərəfli görüşü...
11.01.2023 [10:29]
İran ölkəmizə qarşı təhdid dili ilə danışmağın mənasız olduğunu anlayır
Nardar BAYRAMLI
Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, görüşdə 13-cü plenar sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.
Daha sonra regionda mövcud vəziyyətlə bağlı fikirlər səsləndirilib, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq zəruridir. Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunub, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb. Bu görüş regionda mövcud problemlərin müzakirəsi baxımından nə dərəcədə əhəmiyyətlidir? Xüsusilə, İranın ölkəmizə qarşı mənfi münasibəti kontekstində üçtərəfli görüşün keçirilməsi hansı nəticələr verə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, bütün hallarda qonşu ölkələr arasında belə bir formatda görüşlərin keçirilməsi önəmlidir. Nəzərə almaq lazımdır ki, üçtərəfli formatda görüşlərin keçirilməsi ənənəsi çoxdan mövcuddur. Məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan formatında dəfələrlə nazirlərin görüşü keçirilib. Eləcə də, Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli platforması mövcuddur. Müəyyən dövrlərdə spikerlərin də müxtəlif görüşləri olub. Bu mənada, Antaliyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü əhəmiyyətlidir. Belə görüşlər qonşu ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, həm də mövcud problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılması baxımından çox vacibdir. Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsi mühüm yer tutur. Azərbaycanla Türkiyə qardaş ölkələrdir. Dövlətimiz İran İslam Respublikası ilə münasibətlərinə də məhz mehriban qonşuluq prinsipilə yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biri olub. Bu da təsadüfi deyil. İranda təxminən 40 milyon azərbaycanlı yaşayır. Bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Amma təəssüf ki, son zamanlar İranın sərgilədiyi mövqe dostluq və mehriban qonşuluq siyasətinə uyğun gəlmir.
Hömsöhbətimizin sözlərinə görə, İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb: “Təsadüfi deyil ki, İranın “Mehr” agentliyi Antalyada keçirilən üçtərəfli görüşlə bağlı yaydığı məlumatda İran parlamentinin spikerinin bir daha “regionda sərhədlərin dəyişdirilməsinin yolverilməz olduğunu” söylədiyini yazıb. Təbii ki, burada söhbət Zəngəzur dəhlizindən gedir. Türkiyə də Zəngəzur dəhlizinə yanaşmada Azərbaycanla həmrəydir. İran tərəfindən isə dövlət sərhədində bir müddət əvvəl keçirilmiş hərbi təlimlərin məqsədi Azərbaycana hədə-qorxu gəlməkdən ibarət idi. Amma Azərbaycanın İranla 132 kilometrlik sərhədi Ermənistanın işğalı altında olarkən rəsmi Tehran “sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini” heç vaxt səsləndirməmişdi.İran İslamın düşməni olan Ermənistanla sıx münasibət qurmaqla öz simasını göstərir. Məlumdur ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. İşğal altında olmuş ərazilərimizdəki məscidlərdə ermənilər donuz saxlayıblar. Amma İranın rəsmi şəxsləri heç vaxt Ermənistanı buna görə ittiham etməyiblər. Budurmu İslam dəyərlərinə ehtiram? Əksinə, İran 30 ilə yaxın bir müddətdə erməni işğalında olan ərazilərimizin talan olunmasında iştirak edib, həmin ərazilərdə mövcud olan infrastruktur sökülərək İrana satılıb. Bu gün İran Ermənistanın ən fəal dəstəkçilərindən birinə çevrilib ki, bu da ən azı İslam dəyərlərinə, o cümlədən beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki Ermənistan həm İslam dəyərlərini tapdayan, həm də beynəlxalq hüququ tapdayaraq işğalçı siyasət yürütmüş ölkədir. Əgər İran haqq və hüquqdan danışırsa ilk növbədə, bu məsələlər? diqqət yetirməli, o cümlədən bu ölkədə yaşayan 40 milyon azərbaycanlının fundamental haqlarını təmin etməlidir. Rəsmi Tehran bunu da unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və güclü beynəlxalq tərəfdaşları var. Ona görə də, bizimlə hədə-qorxu dilində danışa biməz”.
R.Alıyev qeyd edib ki, artıq İran ölkəmizə qarşı təhdid dili ilə danışmağın mənasız olduğunu anlamaqdadır. Bu səbəbdən də, bəzi rəsmi şəxslər problemlərin aradan qaldırılmasının vacibliyini səsləndirirlər. Bu baxımdan, spikerlərin üçtərəfli görüşü də müsbət nəticələr verə bilər.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

