Fransa Aİ-ni öz maraqlarına alət edir?
23.12.2022 [10:26]
“Uzunmüddətli missiya” oyunu ermənipərəst dairələrin növbəti ssenarisidir
Məlum olduğu kimi, Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransa liderləri arasında bu ilin oktyabrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin Monitorinq Missiyası (EUMCAP) yerləşdirilmişdi. Missiyanın fəaliyyəti dekabrın 19-da tamamlandı. Lakin Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin açıqlamasından məlum olur ki, Aİ Ermənistana uzunmüddətli missiya göndərməyə qərar verib. Borrel bildirib ki, Aİ Şurası Ermənistan hökuməti ilə razılaşıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasından Ermənistana yardım qrupu göndəriləcək: “Bu qrup keçid dövrü üçün nəzərdə tutulub və uzunmüddətli missiya üçün hazırlıq aparacaq, həmçinin regiondakı təhlükəsizlik vəziyyəti barədə Aİ-ni məlumatlandıracaq. Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən vasitəçilik edilən normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.
Borrelin bu açıqlaması özündə bir sıra ziddiyyətləri birləşdirir. Belə ki, Aİ-nin qısamüddətli missiya göndərməsi ilə bağlı Praqa razılaşmasına Azərbaycan tərəfi də icazə vermişdisə, uzunmüddətli missiya göndərmək barədə qərar verilərkən Bakının rəyi soruşulmayıb. Bəlkə də, ona görə ki, Azərbaycanın bu missiyanın göndərilməsinə etiraz edəcəyini əvvəldən bildiklərindən buna lüzum görməyiblər. Bütün hallarda Aİ-nin bu addımı heç bir diplomatik norma və etikaya sığmır. Baş verənlər bir daha onu göstərir ki, Aİ ermənipərəst Fransanın əlində alətə çevrilib. Azərbaycan dövlətinin Brüssel sülh prosesində Makronun iştirakına etiraz etməsi faktı “uzunmüddətli missiya” ssenarisinin məhz Fransa tərəfindən hazırlandığına şübhə yeri qoymur. Fransa nə yolla olursa olsun, regiona gəlmək, öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün fürsət axtarır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, dekabrın 19-da öz fəaliyyətini başa vuran Aİ-nin Ermənistandakı monitorinq missiyası oktyabrın 20-dən etibarən Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətin təhlili ilə məşğul olub və bu haqda Aİ-ni məlumatlandırıb. Millət vəkili bildirib ki, bu missiya ilə bağlı razılaşma əldə edilən zaman 2 aylıq fəaliyyət müddətindən əlavə hər hansı bir missiyanın yenidən sərhəddə qayıtmayacağı da bildirilmişdi: “Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin sosial şəbəkələrdə yayılan açıqlamasından məlum olur ki, Ermənistana yenidən uzunmüddətli bir missiyanın göndərilməsi nəzərdə tutulur. Buradakı məqsəd bəllidir. Bu məqsəd Aİ-nin regionda qalmasını təmin etməkdən ibarətdir. Çünki, həmin missiyanın fəaliyyəti dövründə Ermənistanda bəzi qüvvələrin təhriki və planı ilə bir sıra mitinqlər başladı. Həmin mitinqlərin əsas “şüarlarından” biri də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətsizliyi ilə bağlı bəyanatlar idi. Həmin şüarlar da məhz Avropa İttifaqının guya regionda olmasının labüdlüyünü ortaya qoyur. Təbii ki, istər Fransanın, istərsə də Ermənistanın digər havadarları bu kimi addımları birmənalı şəkildə regionu öz nüfuz dairəsində saxlamaq üçün planlaşdırırlar. Düşünürəm ki, Brüsselin belə bir addım atmasında, belə bir qərar verməsində Fransanın böyük rolu olub. Çünki Aİ-də təmsil olunan dövlətlərə Fransanın təsiri böyükdür. Fikrimcə, belə qərarların qəbul olunmasında da həmin təsirin rolu var. Borrelin bəyanatı onu göstərir ki, onlar regionu tərk etmək istəmirlər”.
“Avropa İttifaqının Ermənistana yeni missiya göndərmək qərarı Aİ-yə olan etimadı sarsıdır. Yeni missiya formalaşdırmaq və ona əlavə mandatlar vermək əvvəl əldə olunmuş razılaşmaya ziddir”. Bunu isə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. S.Mikayılova bildirib ki, Praqa razılaşmasına əsasən, Aİ vəziyyətin qiymətləndirilməsi üçün regiona qısamüddətli missiya göndərməli idi. Həmin vaxt Fransa bu qərardan istifadə edib regiona yerləşməyə çalışdı, Azərbaycan isə bununla razılaşmadı. Ermənistan isə qərarı qəbul etdi. Həmin qrup Ermənistanda sərhəd missiyası kimi fəaliyyət göstərdi və dekabrın 19-da fəaliyyətini başa vurdu. İndi isə yeni missiyanın yaradılması qərara alınıb. Əlbəttə, bu, Fransanın və Avropada digər ermənipərəst qüvvələrin növbəti sövdələşməsidir. Missiyanın əlavə mandatlarına diqqət çəkən S.Mikayılova qeyd edib ki, yeni missiyanın yeni funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Bu isə özlüyündə bir çox məqamları ortaya çıxarır. Bu günədək hərbi və təhlükəsizlik məsələlərində Rusiya ilə bağlı olan Ermənistan artıq Aİ-nin çətiri altına keçmək istədiyini açıq şəkildə nümayiş etdirir və Fransanı regiona gətirməyə çalışır. Hətta Aİ-yə daxil olan bəzi ölkələr də yeni missiyanın yaradılmasına etiraz ediblər. Çünki həmin ölkələr də, əslində, Fransanın məqsədinin sülhə töhfə vermək yox, regionda öz maraqlarını təmin etmək olduğunu anlayırlar. “Fransanın bölgəyə ayaq açması regionumuz üçün heç də uğurlu gələcək vəd etmir. İndiyədək Fransanın olduğu heç bir region problemlərdən qurtulmayıb, əksinə, qarşıdurmalar artıb, ölkələr viran qalıb, milyonlarla insanın həyatına son qoyan soyqırımları həyata keçirilib”, - deyən deputat vurğulayıb ki, baş verən proseslər Ermənistanı növbəti fəlakətə sürükləyir. Müxtəlif güclərin hədəfinə çevrilmiş Ermənistan əgər əvvəlcə İranla Rusiya arasında qalmışdısa, indi də Fransanın “maraq dairəsi”nə daxil olub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

