Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin əsasını qoyub
15.12.2022 [10:16]
Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
“Yeni Azərbaycan”ın yerli bürosundan verilən məlumata görə, tədbirdə Azərbaycanın Türkiyədəki Fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, TÜRKSOY-un rəhbəri Sultan Rayev, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Əttar, deputatlar, ziyalılar, Türkiyə və Azərbaycandan olan elm, mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.
Sultan Rayev bildirib ki, Heydər Əliyev Türk dünyasının önəmli şəxsiyyətlərindən biridir və TÜRKSOY-da böyük əməyi var. O, həmçinin qeyd edib ki, 2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması Heydər Əliyevin ruhunu şad edəcək.
Səfir Rəşad Məmmədov isə Heydər Əliyevin adının Ulu Öndər və Ümummilli Lider olaraq Azərbaycan tarixinə düşməsinin səbəblərindən danışıb: “Heydər Əliyev Azərbaycanın ən ağır günlərində dövlətimizi idarə etmək üçün gəldi, savaşı dayandırdı, neft müqavilələrinə imza atdı, daxili və xarici siyasəti tənzimlədi, Türkiyə-Azərbaycan münasibətlərinin əsasını qoydu. Şuşa Bəyannaməsinin yazılması da onun zəhmətinin bəhrəsidir. Xoşbəxt insanam ki, Heydər Əliyevlə bir neçə dəfə görüşmək mənə də nəsib olub. Heydər Əliyev ilk türkdür ki, Sovet İttifaqı Mərkəzi Komitəsi baş katibinin köməkçisi vəzifəsinə qədər yüksələ bildi. Biz dahi şəxsiyyətlərimizi anmalıyıq, gənc nəsillərə tanıtmalıyıq ki, onların dəyəri bilinsin”.
Necdet Ünüvar da Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Bildirib ki, 2003-cü ildə Heydər Əliyevlə çox önəmli görüşü olub, ağır xəstəliyinə rəğmən 45 dəqiqəlik görüşü müddətində Heydər Əliyev türk dünyası ilə bağlı dəyərli fikirlərini söyləyib. Necdet Ünüvar bir xatirəsini də tədbir iştirakçıları ilə bölüşüb: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşaya səfərində mən də iştirak edirdim. Səfərimiz zamanı oradakı dostlarımızdan biri dedi ki, mərhum Heydər Əliyev 1996-cı ildə qatıldığı bir tədbirdə “Şuşanın azadlığı mənim ən böyük arzumdur” deyib. O anda düşündüm ki, Şuşadan torpaq götürək və mərhum Heydər Əliyevin Ankara Universitetinin bağçasında əkdiyi ağacların dibindəki torpaqla qovuşduraq. Çünki, məncə, mərhum Heydər Əliyevin əsərlərindən biri də bu ağacdır. Hazırda onun əkdiyi ağac Azərbaycan kimi böyüməkdədir”.
Artıq 3 ildir ki, torpaqlarının bütövlüyünə qovuşmuş Azərbaycandan qürurla danışdığını bildirən Şamil Ayrım da Heydər Əliyevlə dəfələrlə görüşdüyünü bildirib: “Heydər Əliyev Türkiyə parlamentindəki danışıqlarında Atatürkü də hər zaman ehtiramla anıb. Ən son çıxışında da “Mustafa Kamal Atatürkün yolu ilə gedən qəhrəman türk xalqına eşq olsun” deyə bildirmişdi”.
Tədbirdə iştirak edən Əhliman Əmiraslanov isə qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi idi, onun mirası isə bugünkü müasir Azərbaycandır.
Deputat Hikmət Məmmodov XX əsr Azərbaycan mədəniyyətinin formalaşmasında Heydər Əliyevin xüsusi xidmətlərindən danışıb.
Anım mərasimində həmçinin AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu “TÜRKSOY-un mübarək yolu” kitabının da təqdimatı baş tutub.
Kitabın “TÜRKSOY Liderlərin baxışında” adlı birinci fəslində ümummilli lider Heydər Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının - TÜRKSOY-un təsis edilməsinin strateji əhəmiyyəti barədə tarixi fikirləri, eləcə də, digər türk dövlətlərinin liderlərinin bu qurumla bağlı düşüncələri əksini tapıb.
Qeyd edək ki, tədbirdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitablar və fotosərgi də nümayiş etdirilib.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23

